Modern.az

Vətəndaşların QHT layihələrinə verdiyi qiymətlər açıqlandı

Vətəndaşların QHT layihələrinə verdiyi qiymətlər açıqlandı

Aktual

24 İyun 2019, 15:42

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında SƏLİS elektron vətəndaş proqramının tətbiqinə dair brifinq keçirilib.
Modern.az-ın xəbərinə görə, QHT Şurasının sədri, deputat Azay Quliyev vətəndaş qiymətləndirməsinin nəticələrini açıqlayıb. O bildirib ki, nəticələrə görə, qeydiyyatdan keçən vətəndaşların sayı 10 min 930 nəfərdir. Qeydiyyatdan keçən vətəndaşların təmsil olunduğu şəhər və rayonların sayı isə 73-dür. Daxil olan rəylərin sayı 12 min 491-dir. Qeydiyyata alınan rəylərin sayı 11 min 271, silinən rəylərin sayı isə 1220-dir.

Azay Quliyev qeyd edib ki, əldə olunan nəticələr təkcə vətəndaşların ixtiyarına verilmir. Onun sözlərinə görə, eyni zamanda QHT Şurasının da işi daha da səmərəli olur.
Şura sədri bildirib ki, 254 layihə vətəndaş qiymətləndirilməsinə verilib. Vətəndaş rəylərinin silinmə səbəblərinə gəlincə, Azay Quliyev bildirib ki, proqramda qeydiyyatdan keçmək üçün tələb olunan məlumatlar düzgün qeyd olunmayıb.
Digər səbəblər isə aşağıdakılardır:

Əsaslandırılmayan rəylər olub,
Eyni rəylər müxtəlif vətəndaşlar tərəfindən təqdim edilib,
QHT sədri özünün təqdim etdiyi layihəyə rəy verib,
Rəylərdə QHT-nin adı qeyd olunub,
Rəylər verilən səsə adekvat olmayıb,
Layihə bəndləri olduğu kimi köçürülərək rəy kimi təqdim olunub,
Rəylər layihənin məzmununa uyğun olmayıb.

Azay Quliyev söyləyib ki, rəylərdə aldatma cəhdləri də olub. Qeyd edib ki, bəziləri deputatların adından istifadə edərək rəylər yazıblar.

“Lakin araşdırmalar zamanı məlum olub ki, həmin deputatlar hər hansı rəy verməyib. Vətəndaşlarda keçid balı (20 və daha çox) 101, həm ekspertlərdən, həm də vətəndaşlardan keçid balı toplamış layihələrin sayı 30, 1-dən 20-dək vətəndaş balı toplamış layihələrin sayı 94, 0 vətəndaş balı toplamış layihələrin sayı isə 59-dur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir