Modern.az

Koçaryan yenidən həbsə göndərildi

Koçaryan yenidən həbsə göndərildi

25 İyun 2019, 16:35

Ermənistanın sabiq prezidenti Robert Koçaryan yenidən həbsə göndərilib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, məhkəmə mayın 18-də onun zaminə buraxılması barədə qərarı ləğv edib.

 

Qərarı Apellasiya məhkəməsinin hakimi Danielyan elan edib.

“Birinci instansiya məhkəməsinin 2019-cu il 18 may qərarı ləğv olunsun. Robert Koçaryana münasibətdə zaminə durmaqla bağlı qərar qüvvədən düşmüş sayılsın və yenidən həbs edilsin!”- deyə hakim hökmü oxuyub.

 

Apellasiya məhkəməsinin hökmündən 15 gün ərzində şikayət oluna bilər. Robert Koçaryan və vəkilləri məhkəmə prosesinə qatılmayıblar.

 

Koçaryan 2008-ci il 1 mart aksiyaları zamanı mitinq iştirakçılarına qarşı güc tətbiq etməyə göstəriş verməkdə və 10 insan ölümündə ittiham olunur.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır