Modern.az

Parlament təcili toplanır

Parlament təcili toplanır

Dünya

27 İyun 2019, 21:17

Tunisin paytaxtında iki partlayışdan sonra xəstəxanaya yerləşdirilən prezident Beji Kaid əs-Sebsinin səhhəti ətrafında söz-söhbətlərin artdığı bir vaxtda ölkədə təhlükəsizlik tədbirləri görülür.

Modern.az  xarici mediaya istinadən  xəbər verir ki, əsasən, ictimai yerlərdə və paytaxtın Tunis-Karfaj beynəlxalq hava limanında təhlükəsizlik gücləndirilib.

Hərbi hospitalda müalicə olunan dövlət başçısına baş çəkən ölkənin baş nazir Yusif Şahid də prezidentin səhhəti ətrafında şayiələrə son qoymağa çağırıb. Belə ki, bəzi KİV-lər prezidentin dünyasını dəyişdiyi xəbərini yayıb.

Ölkənin Xalq Nümayəndələri Assambleyasının sədri Məhəmməd Nasir bütün siyasi qrupları təcili iclasa çağırıb. Parlamentin gündəmində qocaman dövlət başçısının səhhəti və paytaxtda törədilən terror hücumları ilə bağlı məsələlər var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!