Modern.az

Nazir istefa verməyəcək: Tbilisidə gərginlik

Nazir istefa verməyəcək: Tbilisidə gərginlik

Dünya

27 İyun 2019, 22:15

“Polis əməkdaşlarının tətbiq etdiyi gücün proporsionallığı ilə bağlı məsələyə nöqtə qoyulmayana qədər, mən vəzifəmdə qalacağam”.

Modern.az “Report”a istinadən  xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria jurnalistlərlə görüşdə bildirib.

Nazir hər bir polis əməkdaşını müdafiə edəcəyini deyib: “Bu gün vətəndaşlarımız polis əməkdaşlarına “bullinq”ə bənzər xalq məhkəməsi qururlar. Bu, yolverilməzdir”.

DİN rəhbəri qeyd edib ki, polis gücünün proporsionallığı ilə bağlı müəyyən suallar var və onlar araşdırılmalıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır