Modern.az

Prezidentin oğluna qarşı sanksiya

Prezidentin oğluna qarşı sanksiya

Dünya

28 İyun 2019, 21:27

ABŞ hökuməti Venesuela prezidenti Nikolas Maduronun 29 yaşlı oğlu Nikolas Ernesto Maduro Querraya qarşı sanksiya tətbiq edib.

Modern.az  xarici mediaya  istinadən xəbər verir ki, oğul Maduroya qarşı tətbiq edilən sanksiya Venesuela hökumətindəki korrupsiya hallarına qarşı geniş tədbirlərin tərkib hissəsidir.

Qeyd edək ki, Nikolas Ernesto Maduro Querra Prezident Administrasiyasının Xüsusi müfəttişlər korpusunun rəhbəri və iqtidaryönümlü Milli Təsisatlar Assambleyasının üzvüdür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü