Modern.az

Fransada 4000 məktəb bağlandı: SƏBƏB

Fransada 4000 məktəb bağlandı: SƏBƏB

28 İyun 2019, 23:41

Bu gün Fransada kəskin istilərə görə 4000 məktəb bağlanıb.

Modern.az  "Report"a istinadən  xəbər verir ki, bu barədə Fransanın baş naziri Eduard Filip məlumat verib.

O, məktəblərdə dərs ilinin sonu münasibətilə keçiriləcək bayram şənliklərinin təxirə salındığını, yollarda avtomobillərin hərəkət sürətinin azaldığını, "yaşıl nömrə" qaynar xəttinin istifadəyə verildiyini və digər tədbirlər görüldüyünü bildirib.


Qeyd edək ki,bu gün Fransa tarixində ilk dəfə 45 dərəcə isti qeydə alınıb. Bundan əvvəl Fransa tarixində 2003-cü il avqustun 12-də 44,1 dərəcə isti qeydə alınıb. Həmin ilin yayında 15 min insan isti hava şəraitindən dolayı ölmüşdü.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?