Modern.az

Bakıda Puşkinin xatirəsi anılıb

Bakıda Puşkinin xatirəsi anılıb

Mədəni̇yyət

21 Dekabr 2009, 15:03

Mədəniyyət və Turizm Nazirliyinin və Rusiya səfirliyinin dəstəyi ilə M.F.Axundov adına milli kitabxanada dahi rus şairi Aleksandr Segeyeviç Puşkinin anadan olmasının 210 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, Yazıçılar Birliyinin nümayəndələri, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin iştirak ediblər.

Modern.az-ın məlumatına görə, Yazıçılar Birliyinin nümayəndəsi Çingiz Əlioğlu tədbiri giriş sözü ilə açaraq dahi rus şairini ömür yoluna nəzər salıb: “Çox qısa bir ömür yaşamasına baxmayaraq (1799-1837) bu dahi şəxsiyyət zəngin bədii yaradıcılıq irsinə malik olub. Düşünürəm ki, Puşkin və onun kimi digər böyük şəxsiyyətlər Cəfər Cabbarlı, Mikayıl Müşviq və başqaları daha çox ömür yaşasaydılar nələr yaratmazdılar.

Sevindirici haldır ki, bu gün zaman bu dahi şəxsiyyətin xeyrinə işləyir. İllər, əsrlər keçdikcə Puşkin şəxsiyyətinin dühası daha da tanınmaqda və dərindən dərk edilməkdədir”.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin həmvətəni  A.S.Puşkinə qarşı göstərilən münasibətdən və sevgidən razı qalıb. “Öyrənəndə ki, Azərbaycanda rus xalqının milli şairi olan Puşkin yaradıcılığına böyük maraq var və onun əsərləri təkrarən tərcümə olunmaqdadır, bu məni çox sevindirdi.

Puşkinin anadan olmasının 210 illiyinə həsr olunmuş tədbirdə içtirak edərək fikir söyləmək məni bir qədər keçmişə aparır və məndə çox xoş hisslər oyadır. Qeyd edim ki, yenuyetmə çağlarımda Diplomatik Akademiyaya imtahan verərkən suallardan biri də böyük şairin yaradıcılığı haqqında idi. Həmin sualı bacardığım qədər yüksək səviyyədə cavablandırmağım və imtahandan 5 (əla) qiymət almağımın sayəsində akademiyaya qəbul oldum. Məhz onun nəticəsidir ki, mən bir diplomat kimi yetişmiş və Rusiya dövləti tərəfindən ölkənizə səfir təyin olunmuşam”. Əlvan Rüstəmov

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!