Modern.az

İstidən bir nəfər öldü

İstidən bir nəfər öldü

29 İyun 2019, 23:07

Fransanın Voklyuz departamentində anormal istilər səbəbindən bir nəfər həlak olub, beş nəfər isə xəstəxanaya yerləşdirilib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki,  bu barədə "Dauphiné Libéré" qəzeti məlumat yayıb.

Qeyd edilir ki, bu, Fransada anormal istilik səbəbi ilə ilk rəsmi olaraq təsdiqlənmiş ölüm hadisəsidir.

Qeyd edək ki, Fransada iyunun 24-dən anormal istilər müşahidə edilir. Cümə günü Fransada mütləq temperatur rekordu iki dəfə qırılıb. Əvvəlcə Karpantura şəhərində (Voklyuz departamenti) 44,3 dərəcədə istilik qeydə alınıb. Bundan sonra Vilvyey kommunasinda hava temperaturu 45,1 dərəcəyədək yüksəlib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir