Modern.az

Tramp Vaşinqtonda hərbi parad keçirəcək

Tramp Vaşinqtonda hərbi parad keçirəcək

Dünya

2 İyul 2019, 09:51

ABŞ lideri Donald Tramp ABŞ-ın müstəqillik əldə etdiyi 4 iyul günü Vaşinqtonda hərbi parada təşkil edəcək.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp amerikalıların bir sıra hərbi texnika, o cümlədən tankları izləyə biləcəklərini deyib.

“Vaşinqtonda əla 4 iyul günü olacaq. Buna qədər belə şey olmamışdı. Mən də orda olacam və demək istəyirəm ki, bizim ən yaxşı qırıcılarımız, təyyarələrimiz olacaq. Bizim həm də bir neçə tankımız olacaq”- deyə Tramp söyləyib.

 

Pentaqonun mərasimə bir neçə F-35 bombardumançısı da cəlb edəcəyi vurğulanıb.

Paradın Konqresin yaxınlığında keçiriləcəyi və 16-cı prezident Avraaam Linkolnun xatirə mərkəzinə qədər uzanacağı məlumdur.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?