Modern.az

SOCAR-a məxsus tankerdə partlayış: 1 ölü, 16 yaralı

SOCAR-a məxsus tankerdə partlayış: 1 ölü, 16 yaralı

2 İyul 2019, 11:04

Türkiyədə “SOCAR Türkey” şirkətinə məxsus tankerdə partlayış baş verib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Petkim neft-kimya kompleksinə məxsus limanda baş verən partlayış zamanı azı 1 nəfər ölüb, 16 nəfər isə yaralanıb.

Yaralılar arasında italyan və rumınların olduğu da xəbər verilir.

 

“SOCAR Turkey Enerji A.Ş.”dən (STEAŞ)  bildirilib ki, iyulun 1-i saat 23:20 radələrində Petlim limanının 5 nömrəli yanalma körpüsünə maye hidrokarbon doldurmaq üçün yaxınlaşan zaman İtaliya bayraqlı, “Synzania” adlı gəmidə məlum olmayan səbəblərdən yanğın baş verib. Müdaxilə nəticəsində yanğın söndürülüb, gəminin bütün əməkdaşları təxliyə edilib.

Hadisə zamanı bir nəfər ölüb. Yanğının başvermə səbəbi araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir