Modern.az

Dünyanın ən “güclü” pasportları  - Azərbaycan neçəncidir? - SİYAHI

Dünyanın ən “güclü” pasportları  - Azərbaycan neçəncidir? - SİYAHI

Dünya

2 İyul 2019, 12:36

Dünya bazarında 20 ildir ki, fəaliyyət göstərən İsveçrənin  “Henley & Partners” şirkəti 2019-cu ildə vizasız səfər etməyə imkan verən pasportların yeniləmiş siyahısını təqdim edib.

Modern.az xəbər verir ki, pasportu 66 ölkəyə vizasız getməyə imkan verən Azərbaycan siyahıda 78-ci pillədə qərarlaşıb.

 

Gücünə görə Azərbaycan pasportundan geri qalan Ermənistan isə 60 ölkəyə vizasız səfər etməyə imkan verdiyi üçün 84-cü pillədə yerləşib.

Vətəndaşlarının 116 ölkəyə vizasız səfərinə şərait yaradan Rusiya pasportu 51-ci, 113 ölkəyə səfər etməyə imkan verən Gürcüstan pasportu 52-ci, 75 ölkəyə səfər şəraiti yaradan Qazaxıstan və Belarus isə 69-cu pilləni bölüşdürürlər.

 

Ən güclü pasportların reytinqinə əvvəllər olduğu kimi Yaponiya və Sinqapur (189 ölkə) başçılıq edir. 2-ci pillədə isə Almaniya, Finlandiya və Cənubi Koreya (187 ölkə) yer alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı