Modern.az

Atom sualtı qayığında yanğın: Putinin səfəri yarımçıq qaldı

Atom sualtı qayığında yanğın: Putinin səfəri yarımçıq qaldı

Dünya

2 İyul 2019, 21:44

Rusiyanın atom sualtı qayığında (AC-12 "Loşarik") baş verən hadisə nəticəsində 14 dənizçi ölüb.

Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, rəsmi açıqlamada qayıqda yanğın olduğu bildirilir.

Dənizçilər yanan materiallardan zəhərləniblər.  Prezident Vladimir Putin Tver vilayətinə səfərini yarımçıq qoyaraq, Moskvaya dönüb.

Kremldə müdafiə naziri Sergey Şoyqu ilə görüşən Putin ondan hadisə ilə bağlı hesabat istəyib:
 
“Yanğında ölənlər arasında 7 nəfər 1-ci dərəcəli kapitan və 2 Rusiya Qəhrəmanı var. Heyət üzvləri həddən artıq peşəkarlardan ibarət idi. Sizdən xahiş edirəm, Severomorska gedin və baş vermiş hadisə ilə bağlı hesabat verin”.

Putin iyulun 2-də bu qəzanı “dəhşətli itki” adlandırıb və müdafiə naziri Sergey Şoyquya hadisənin səbəblərini yerində öyrənməyi tapşırıb.

Prezident deyib ki, Barents dənizində sualtı gəmidə baş vermis yanğında ölən 14 dənizçidən ikisi Rusiya Qəhrəmanıdır.

Putin İstintaq Komitəsinə “faciənin arxasındakı səbəbləri dəqiqiliklə aşkar etmək” göstərişi verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!