Modern.az

Avropa İttifaqının rəhbər vəzifələrinə namizədlər

Avropa İttifaqının rəhbər vəzifələrinə namizədlər

Dünya

3 İyul 2019, 00:20

Avropa İttifaqına üzv ölkələrin liderləri Brüsseldə keçirilən təcili sammit zamanı əsas rəhbər vəzifələrə namizədlərin adlarını razılaşdırıblar.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Donald Tusk deyib.

Onun sözlərinə görə, Almaniyanın müdafiə naziri Ursula dor Der Lyayenin namizədliyi Avropa Komissiyasının rəhbəri vəzifəsi üçün irəli sürülüb.

Bundan əlavə, Belçikanın baş naziri Şarl Mişelin namizədliyi Avropa Şurasının rəhbəri vəzifəsi, İspaniyanın xarici işlər naziri vəzifəsini icra edən Jozep Borrelin namizədliyi Aİ diplomatiyasının rəhbəri vəzifəsi, Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqardın namizədliyi isə Avropanın Mərkəzi Bankının rəhbəri vəzifəsi üçün irəli sürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür