Modern.az

Goranboy icra başçısı sakinləri dinlədi - FOTO

Goranboy icra başçısı sakinləri dinlədi - FOTO

5 İyul 2019, 00:01

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı  Məhərrəm Quliyev Heydər Əliyev Mərkəzində Goranboy şəhərin bir hissəsinin sakinləri ilə  görüş keçirib.


Goranboy Rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, icra başçısı hər həftə rayonun müxtəlif kəndlərin əhalisi ilə görüşür, onların problemlərini yerində öyrənir. Məhərrəm Quliyev  bu dəfə Goranboy şəhərinin S.Vurğun, Ü.Hacıbəyov, Vidadi, S.Civəzadə və A.Məmmədov  küçələrinin sakinlərini dinləyib.

Şəhər sakinləri əsasən icra başçısından şəhərdə işıqlandırma sisteminin genişləndirilməsi,  suvarma suyu probleminin aradan qaldırılması, Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında uşaq əyləncəsi üçün uşaq şəhərciyinin yaradılması  və işlə təminatla bağlı xahiş ediblər.

İcra baççısı tərəfindən dinlənilən müraciətlərin bir qismi yerində həllini tapıb. Digər müraciətlər isə nəzarətə götürülüb və müraciətlərin həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi