Ukraynada “Xalqın qulu” və “Müxalifət bloku – Həyat Uğrunda” partiyaları parlament seçkilərində liderliyi əlində saxlayır.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkədə keçirilən sosioloji rəy sorğuları xəbər verir.
Belə ki, seçicilərin 48,5%-i prezident Vladimir Zelenskinin dəstəkləndiyi “Xalqın qulu” partiyasına səs vermək istədiyini açıqlayıb. Onun ardınca gələn və Viktor Medvedçukun “Müxalifət platforması – Həyat Uğrunda“ partiyası 14,1% səs toplayıb.
Parlament seçkilərində seçicilərin 9,2% Pyotr Poroşenkonun “Avropa Həmrəyliyi”, 6,2%-i isə Yuliya Timoşenkonun “Batkovşina” siyasi partiyasını dəstəkləyir.