Modern.az

Avropa və Azərbaycanın ortaq dəyərləri öyrəniləcək

Avropa və Azərbaycanın ortaq dəyərləri öyrəniləcək

22 Dekabr 2009, 09:59

“Ortaq Dəyərlər” İctimai Birliyi, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun “Azərbaycanın Avropa Birliyi ilə qarşılıqlı əlaqələri” mövzusunda elan etdiyi müsabiqənin nəticəsi olaraq “Avropa və Azərbaycanın ortaq dəyərlərinin öyrənilməsinin vəkilliyi” layihəsinin icrasına başlayır.  Təşkilatın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, l

ayihənin məqsədi Azərbaycanın Avropa məkanına inteqrasiyası prosesində qarşıya çıxan problemlərin həlli yollarını araşdırmaq, hər iki qütb arasındakı ortaq dəyərləri və mövcud durumu KİV vasitəsilə ictimaiyyətə çatdırmaqdan ibarətdir. Layihə çərçivəsində Azərbaycanın Avropa məkanına inteqrasiyası prosesində qarşıya çıxan problemlərin həlli yollarını və ortaq dəyərləri öyrənmək məqsədilə jurnalist araşdırmaları aparılacaq, müsahibələr alınacaq və dövrü mətbuatda dərc olunacaq. 

KİV-də Azərbaycanın Avropaya inteqrasiyasına dair məlumat və yazıların monitorinqi aparılacaq, nəticələr ictimaiyyətə açıqlanacaq.  KİV təmsilçiləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçiriləcək.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir