Arxiv
15 İyul 2019, 15:53 | ÖLKƏ
Azərbaycanda meyvə-tərəvəzlər üçün TƏHLÜKƏ

 

2019-cu ilin təsərrüfat mövsümü  qlobal iqlim dəyişikliklərilə müşahidə olunur. İlkin yazda aramsız yağıntılar tumlu meyvə bağlarında ağacların mayalanmasına mənfi təsir göstərərək potensial məhsuldarlığı aşağı salmışdı, iyunun sonu iyulun əvvələrindən başlayaraq isə açıq sahə tərəvəzçiliyində istehsal tsiklinin ləngiməsinə yol açdı.

 

Adətən, iyunun sonu istixana təsərrüfatları istehsal dövrünü başa çatdırır, iyulun əvvələrindən əhali açıq sahədən gələn ucuz məhsullarla qış tədarükünə başlayırdılar.

 

Lakin göründüyü kimi iyulun birinci yarısını başa vursaq da məhsulların yetişməsi üçün tələb olunan orta temperatur əmsalının formalaşmaması nəticəsində məhsullar sahədə yetişmir. Arxada qoyduğumuz son iki gündə - istirahət günlərində əsl payız havası yaşadıq, Abşeron yarımadasında havalar küləkli, sərin keçsə də, regionlarda güclü yağışlarla müşayət olundu.

 

Bu barədə Modern.az-a danışan Kənd Təsərrüfatı Nazirliyinin (KTN) eksperti Nicat Nəsirli bildirib ki, elə bu dəqiqələrdə əsas pomidor istehsalçısı olan Xaçmaza güclü yağış yağır:

 

““Adətən, iyulda yayın cırhacırını yaşayırdıq, bu gün isə əynimizi qalın edib oturmuşuq, yağışın kəsməyini gözləyirik.Pomidorlar isə sahədə ağarıb qalıb. Havalar məhsulun yetişməsinə imkan vermir”. Bir neçə dəqiqə əvvəl zəng vurduğum Tərəvəzçilik Elmi Tətqiqat İnstitunun Xaçmazda yerləşən bölgə təcrübə stansiyasının rəhbəri Aləmşah müəllim mənə belə dedi.

İnstitutun Lənkəran rayonunda yerləşən elmi təcrübə stansiyasının rəhbəri Həzər müəllim isə dedi ki, bir neçə gündür yağan yağış axşam dayanıb:

 

“Yağışlar nəticəsində məhsulun xarici görünüşündə çatlar əmələ gəlir, dəymiş pomidor əmtəə görünüşünü itirir. Bu fəsildə nəmlik dərəcəsini artması göbələk xəstəliklərinin artmasına da səbəb olur””. 

 

N.Nəsirli qeyd edib ki, havaların gah isinib, gah soyuması bitkilərlə yanaşı insanlar üzərində də stress amilini  gücəndirir:

“Son günlər hamı bir -  birindən havaların niyə soyumasını soruşur, həyat ritmi pozulub, insanlar adaptasiya ola bilmirlər. Avropadakı bir sıra sosial-iqtisadi araşdırma mərkəzləri bu amili vurğulayaraq iqlim dəyişmələrinin təsərrüfat əhəmiyyətini mənfi qiymətləndirirlər. Avropa Meyvə-Tərəvəz İstehsalçıları Assosasiyası olan “Ardo”nun məlumatına görə, artıq üç ildir ki, qitə qışda quraqlıq, yayda isə qeyri-sabit hava şəraitindən əziyyət çəkir.

 

Qitənin əsas tərəvəzçilik  regionlarında atmosfer çöküntülərinin normadan aşağı düşməsi nəticəsində havada nəmlik defisiti yaranıb. Bunun əksinə, Avropanın bəzi hissələrində şiddətli yağışlar, dolu səbəbi ilə kənd təsərrüfatının bütün sahələrində məhsuldarlığa ciddi ziyan dəyib, iyul ayı isə quraqlıqla başlayıb.

 

Təşkilat hesab edir ki, bu il qış fəsili təqvimə “tabe olmayıb”, xeyli uzun çəkib, yaz isə quraqlıqla başlayıb və bu bölgəələrdə təsərrüfat fəaliyyətinə mənfi təsir göstərib.  Bitkilərdə  abiotik amillərin təsiri ilə qeyri-adaptasiya əlamətləri müşayət olunur. Kəskin istilər nəticəsində ildən-ilə havada buxarlanmanın səviyyəsi artır, yeraltı su resursları tükəndiyi üçün istehsalın təbii dövriliyində fasilələr yaranır. Hesablamalara görə, 2050-ci ilə qədər qlobal iqlim dəyişiklikləri ildə 2 dərəcə istilik temperaturunun yüksəlməsi, paralel olaraq yağıntıların artması ilə müşayət olunacaq. Günəşli günlərin sayı isə (Azərbaycanda 325 gündür) il ərzində  65 faiz həddinə düşəcək”. 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Güclü yağış 4 nəfərin ölümünə səbəb oldu 21 Avqust 2019, 00:44 Xırdalanda "Mercedes" yolda qazılan xəndəyə düşdü 21 Avqust 2019, 00:20 Leyla Əliyeva müalicə alan uşaqlara baş çəkdi - FOTOLAR 21 Avqust 2019, 00:03 Azərbaycan nefti bahalaşdı 20 Avqust 2019, 23:47 Ermənilər Ağdamda yanğın törətdi 20 Avqust 2019, 23:32 Tramdan Rusiyaya jest: "G8-ə qayıdın" 20 Avqust 2019, 23:15 Naxçıvan əhalisinin sayı artıb 20 Avqust 2019, 22:59 Norveç ikili vətəndaşlığa icazə verəcək 20 Avqust 2019, 22:44 Qaçaqmalçılardan 5 milyonluq kitab götürüldü: Əlyazmanın 5 min yaşı var 20 Avqust 2019, 22:29 Napoleon da tarixin qumsallığına gömülür 20 Avqust 2019, 22:23 Qubada dağlıq ərazidə başlayan yanğın söndürüldü 20 Avqust 2019, 22:07 Gənclərin sosiallaşması...  20 Avqust 2019, 21:44 Qabil Hüseynlidən müxalifətə:Dəfnə gəlməyin 20 Avqust 2019, 21:33 Som “üzən məzənnəyə” keçən kimi batır 20 Avqust 2019, 21:19 Qaradağda ana və azyaşlı oğlunu yük maşını vurdu 20 Avqust 2019, 21:04 Dövlət Gömrük Komitəsindən iddialara CAVAB 20 Avqust 2019, 20:49 Helikopter dənizə düşdü: ölənlər var 20 Avqust 2019, 20:33 Sərnişinlə dolu avtobusu girov götürən belə zərərsizləşdirildi - VİDEO 20 Avqust 2019, 20:17 Xaçmazda 38 yaşlı kişi istirahət mərkəzində öldü 20 Avqust 2019, 20:02 Milyarder Maqomedov qardaşlarına yeni ittiham və... 20 Avqust 2019, 19:40 “Müxalifəti maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan geniş istifadə edilir 20 Avqust 2019, 19:25 Yardımlıda 24 yaşlı qadını elektrik cərəyanı vurub öldürdü 20 Avqust 2019, 19:12 Tramp 10-cu dəfə baba oldu 20 Avqust 2019, 19:03 Paşinyan kəndçini özünə müşavir təyin etdi 20 Avqust 2019, 18:53 Nazir MiQ-29 təyyarəsi ilə bağlı Türkiyə tərəfinə təşəkkür edib 20 Avqust 2019, 18:44 İtaliyanın baş naziri istefa verdi 20 Avqust 2019, 18:20 Efirdə Putinin anasını söyən jurnalist işdən qovuldu 20 Avqust 2019, 18:10 Qala Adam 20 Avqust 2019, 17:54 Ali məktəblərin boş yerlərinə 1359 nəfər yerləşdirildi - YENİLƏNİB 20 Avqust 2019, 17:48 İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib - QALMAQAL 20 Avqust 2019, 17:43 Manatın sabaha olan məzənnəsi 20 Avqust 2019, 17:23 Putin Makronla Qarabağı müzakirə etdi 20 Avqust 2019, 17:21 Şabranda YANĞIN: 6 nəfər tüstüdən zəhərlənib, 1 nəfər xəsarət alıb 20 Avqust 2019, 17:10 Hirkan qoruğundakı yanğının söndürülməsinə helikopter cəlb edildi 20 Avqust 2019, 17:05 “Qaçqınkom” sədri vətəndaşları əmin etdi 20 Avqust 2019, 16:47