Arxiv
15 İyul 2019, 16:08 | ÖLKƏ
Hərbi ekspert:“Keşikçi Dağ” insidentindən dərs və nəticə çıxarmalıyıq” - VİDEO

Ötən gün Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Keşikçi Dağ” Məbəd-Kompleksində bir qrup gürcü ilə azərbaycanlı sərhədçilər arasında insident baş verib.

Gürcüstan vətəndaşının keçirdiyi aksiya əsnasında gürcülər Azərbaycan sərhədçilərinə hücum çəkərək, onların silah və güllə daraqlarını əllərindən alıblar. İnsidentin gürcü tərəfdən çəkilmiş videosu sosial şəbəkələrdə yayılıb. 

Xəbərdə iddia olunur ki, Azərbaycan sərhədçiləri məbəddən ikonaları götürmələri yerli sakinlərin qəzəbinə səbəb olub. Videodan görünür ki, Azərbaycan sərhədçiləri narazılıq edən şəxslərə qarşı səbrlə dolanıb, hadisəyə reaksiya vermirlər. Bundan başqa videodan görünür ki, etirazçılar arasında silahlı gürcü sərhədçi də gəzişir və olaya müdaxilə etmir.

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) isə Azərbaycanla sərhəddə yerləşən "Keşikçidağ”la bağlı ölkə ictimaiyyətinə müraciət edib. 

Nazirlik vətəndaşları Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın işinə mane olmamağa çağırıb.

Müraciətdə qeyd olunub ki, ötən gün sərhəddə baş verən kiçik insidentlə bağlı araşdırma aparılır.

Gürcüstan mətbuatında iddia edilib ki,  Azərbaycan sərhədçiləri bir neçə gün öncə məbəddən ikonaları çıxarıb gürcü ruhanilərinə veriblər və bunu onunla izah ediblər ki, məbəd Azərbaycan ərazisində yerləşir.

Modern.az xəbər verir ki, baş verən olaya sosial şəbəkələrdə kəskin reaksiya verilib və müxtəlif şərhlər yazılıb.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram hadisə ilə bağlı sosial şəbəkələrdə açılan çoxsaylı müzakirələri nəzərdə tutaraq deyib:

“İstəməzdim bu hadisə növbəti "özümüzü qamçılama" kampaniyasına səbəb olsun, eyni zamanda nə "başımızın altına yastıq qoyaq", nə də insidentin miqyası böyüsün. Ancaq müəyyən dərslər və nəticələr çıxarmalıyıq”. 

N.Bayramın sözlərinə görə, kadrlardan gürcü qrupun tərkibində və hərəkətində hibrid müharibə elementləri və metodları gözə çarpır:

“Kadrlarda gürcülər tərəfdən idmançı cüssəli gənclər, daha yaşlı, gur səsli kişilərdən ibarət psixoloji təsir qrupu, keşiş paltarlı birisi və  aksiyanı çəkən xanım var. Yəni bunlar təsadüfən yığışmış ziyarətçi qrupu deyil, planlaşdırılmış aksiya həyata keçirən komplektləşdirilmiş təxribatçı dəstədirlər - artıq-əskik adam və hərəkətlər, ayaqüstü təşkilatlanma, kortəbii hərəkət koordinasiyası müşahidə olunmur, hər kəs bilir harada olmalıdır və nə edəcək. Koordinator aralarındadır. 

 

“Keçikçi Dağ”da sərhəd şəraitini nəzərə alaraq, istisna etmirəm ki, sərhədçilərimiz bu qrupdan kimlərləsə tanış və kontaktda, normal insani münasibətlərdə olublar. Bu səbəbdən sərhədçi onu (onları) yaxına buraxıb, nə baş verdiyini anlayanda isə silah tətbiq etmək imkanından məhrum olub. Əlbəttə, belə halda təəcüblü deyil ki, gürcü sərhədçiləri hadisəni kənardan izləyiblər. Aksiya planlaşdırıldığı kimi keçirsə, niyə qarışsınlar ki...”.

Hərbi ekspert deyib ki, Azərbaycan Sərhəd dəstəsinin rəhbərliyi belə bir aksiya ehtimalını əvvəldən görməli və hazır olmalıydı:

“Sərhəd patrulu ayıq-sayıq, hazırlıqlı, psixoloji sabit, belə hallar üçün xüsusi təlimatlandırılmış sərhədçilərdən ibarə olmalı idi. Onlar qarşı tərəfin kütləvi aksiya təxribatını uzaqdan duymalı, zastavaya xəbər verməli, sərhədin qorunması üçün zəruri tədbirləri görüb, rəislərini gözləməli idilər. Siyasətçilər yuxarıda çox danışıqlar apara bilərlər, çox optimizst bəyanatlar verə bilərlər. Lakin bunlar hərbçi üçün rəhbər göstərişlər deyil, sərhədçi öz işini Azərbaycan qanunlarına, Hərbi Nizam-İntizamnamələrə, Təlimatlara, rəsilərin göstərişinə və şəraitə uyğun görməlidir- heç kimin ona yaxınlaşmasına imkan verməməli, qətiyətli olmalı, qanunda göstərilən hallarda havaya xəbərdarlıq atəşindən sonra sərhəd pozucusu sərhədçinin tələblərinə tabe olmursa, pozucunun silahsız olduğunu nəzərə alaraq, şəraitə uyğun, ayaqlarına atəş aça bilər. Bunlar vaxtında olunmayanda, daha ciddi fəsadlara gətirir”. 

Nazim Bayram bildirib ki, insidenti ümumiləşdirib, bütün sərhəd xidməti haqqında mənfi fikirlər söyləmək doğru olmaz:

“Konkret bu hadisənin konkret şəraiti nəzərə alınmalıdır - biz gürcülərlə düşmən deyilik, “Keşikçi Dağ”a əvvəl də ziyarətçilər gəlib... bu səbəblərdən konkret sərhədçilərimiz konkret bir postda ayıq-sayıqlıqlarını itiriblər. Yəqin ki, cəzalandırılacaqlar. Yəqin ki, qarşı tərəfin hərəkətləri bundan sonra daha diqqətlə izləniləcək. 
Nə edək ki, biz olaydan sonra ayılan xalqıq, məsul şəxslərimizdə məsuliyət hissi, qabaqlayıcı düşüncə, təşəbbüskarlıq qabiliyəti zəifdir...”.

 

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Keşikçi Dağ” Məbəd-Kompleksi "Gürcülər onu "David Qareci" kilsəsi adlandırır". Mübahisəli ərazi sayılır və hər iki ölkə müstəqillik qazanandan sonra Azərbaycan və Gürcüstan arasında bir-neçə dəfə qalmaqala səbəb olub. Kompleksin bir hissəsi Gürcüstan, bir hissəsi Azərbaycan ərazisinə düşür.

Son qalmaqal 2019-cu ilin mayında Gürcüstan prezidenti Salome Zurabaşvilinin Azərbaycan-Gürcüstan sərhədindəki mübahisəli əraziyə getməsindən sonra yaşanmışdı.

 

Prezident İlham Əliyev 2007-ci ilin 19 dekabrında Azərbaycanın Ağstafa rayonu ərazisində "Keşikçi Dağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksinin “Keşikçi Dağ” Dövlət Tarix-Mədəniyyət qoruğu elan edilməsi barədə sərəncam imzalayıb. 

 
A.Qorxmaz

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tramp Lavrovla görüşdü 11 Dekabr 2019, 00:56 Dadaşlinski Elxan Məmmədovu sorğuladı - VİDEO 11 Dekabr 2019, 00:34 Bakıda 44 yaşlı kişi döyüldü 11 Dekabr 2019, 00:16 Daha 2 komanda Çempionlar Liqasının 1/8 finalında 10 Dekabr 2019, 23:58 “EuroHome”un yaxınlığında dəhşətli qəza: 2 tələbə öldü - VİDEO, +18 10 Dekabr 2019, 23:45 Müsavat növbədənkənar seçkiyə bu namizədlərlə gedir: eks-deputatlar, professorlar, hüquqşünaslar, jurnalistlər, politoloqlar... 10 Dekabr 2019, 23:34 Yaponiyada 5,7 bal gücündə zəlzələ oldu 10 Dekabr 2019, 23:10 “Olduqca vacib vəsaitdir” - Ekspert AzEdu.az-ın “Kurikulum bələdçisi”ndən yazdı 10 Dekabr 2019, 22:47 Nobel mükafatlarının təqdimatı oldu 10 Dekabr 2019, 22:24 “EuroHome”un qarşısında bədbəxt hadisə: 2 ölü 10 Dekabr 2019, 22:07 Azərbaycan neftinin qiyməti dəyişdi 10 Dekabr 2019, 21:52 Sabiq müdafiə naziri güllələndi 10 Dekabr 2019, 21:37 ABŞ-dan daha bir ölkəyə qarşı sanksiyalar 10 Dekabr 2019, 21:22 Britaniya səfiri Şəkidə 10 Dekabr 2019, 21:08 Gələn ildən “WhatsApp” bu telefonlarda işləməyəcək 10 Dekabr 2019, 20:53 Qətərdə keçirilən simpoziumda Ermənistanın işğalçılıq siyasəti tənqid edildi 10 Dekabr 2019, 20:51 Pompeo ilə Lavrov arasında görüş keçirilir 10 Dekabr 2019, 20:41 Jurnalistlər Milli Qəhrəmanın adı üstündə mübahisə etdilər: “Hətta dostumdan ayrılsa idim…” 10 Dekabr 2019, 20:33 Şirvanda yeni doğulan körpə öldü 10 Dekabr 2019, 20:16 Putin qardaşının ölümündən danışdı 10 Dekabr 2019, 20:02 Messi “İnter”lə matçda oynamayacaq 10 Dekabr 2019, 19:44 Gəncədə qadın əməliyyat zamanı öldü 10 Dekabr 2019, 19:28 Yol polisinin saxladığı şəxs özünü bıçaqladı 10 Dekabr 2019, 19:11 Gömrük Akademiyasında seminar keçirilib 10 Dekabr 2019, 18:58 Goranboyda nazir müavininin iştirakı ilə müşavirə keçirildi 10 Dekabr 2019, 18:41 Başqasının yerinə imtahan verənlər cinayət məsuliyyətinə cəlb olunacaq - QƏRAR 10 Dekabr 2019, 18:27 MTRŞ qalmaqallı tezliklə bağlı açıqlama YAYDI - “Guya Çingiz Mustafayevə aid olan...” 10 Dekabr 2019, 18:10 Putin: “Ukraynada ikinci Serebrenitsa qətliamı ola bilər” 10 Dekabr 2019, 18:08 Rövşən Rzayev vətəndaşları qəbul edib 10 Dekabr 2019, 18:04 Bu həkimlərin maaşı 50 faiz artdı - SƏRƏNCAM 10 Dekabr 2019, 17:44 Elmar Məmmədyarov Latviyaya gedəcək 10 Dekabr 2019, 17:37 Erkin Qədirli: “Deputat seçilsəm, 4 halda mandatdan imtina edəcəm” 10 Dekabr 2019, 17:26 “102 FM tezliyinin Çingiz Mustafayevin adına heç bir aidiyyəti yoxdur” - Mirşahin 10 Dekabr 2019, 17:21 Azercell ilə dahi Nəsiminin irsindən zövq alın - VİDEO 10 Dekabr 2019, 17:10 “Azəriqaz”ın rəhbəri müşavirə keçirdi 10 Dekabr 2019, 17:04