Modern.az

Bağdadda törədilən partlayışda 5 nəfər öldü

Bağdadda törədilən partlayışda 5 nəfər öldü

15 İyul 2019, 23:46

İraqın paytaxtı Bağdadın cənub-qərbində törədilən iki partlayış nəticəsində azı 5 nəfər ölüb.

Modern.az  xəbər verir ki, bu barədə İraq təhlükəsizlik qüvvələrinə istinadən məlumat yayılıb.

Məlumata görə, partlayışlar bölgədə yerləşən məscidin yaxınlığında törədilib. Əvvəlcə məscidin özündə əldə hazırlanmış partlayıcı işə salınıb, daha sonra kamikadze öz üzərində olan partlayıcı qurğunu partladıb.

Qeyd olunur ki, insident nəticəsində təxminən 20 nəfər də yaralanıb. Onlar İraq paytaxtındakı xəstəxanalardan birinə yerləşdirilib.

Bağdad polisi ərazini nəzarətə götürüb, hadisənin digər təfərrüatları araşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi