Arxiv
16 İyul 2019, 09:02 | MƏDƏNİYYƏT
Uğur qazanan yerli seriallar - Kinorejissor adlar çəkdi

Bildiyimiz kimi televiziyada ən çox izlənilən seriallar olur. Lakin serialların reytinq qazanması ondan peşəkar rejissor, aktyor və yardımçı işçi heyəti tələb edir. Bəs, Azərbaycanda serialların vəziyyəti nə yerdədir?

 

Xalq artisti, kinorejisor Şeyx Əbdül mövzu barədə Modern.az-a açıqlama verib.

 

“Əvvəla Allah xarici serialların ayağını Azərbaycana açanların evini yıxsın. Çünki o xarici seriallar işini bilən, peşəkarlar tərəfindən çəkilir. Serial çəkmək də qısa metrajlı film çəkmək qədər çətin və əzablıdır. Çünki serial uzun-uzadı yol keçir və orda qoyulan hadisələr, dramatik konfiliktlər, obrazların xarakterləri, əsərin ideyası uzanır. Qısa metrajlı filmlərdə isə hansısa bir ideyanı qısa bir zaman kəsiyində yerləşdirərək tamaşaçıya çatdırmaq lazımdır və bunun üçün gərək istedadlı, peşəkar bir rejissor olasan. Hazırda o qədər serial çəkirlər ki, heç özləri də bilmirlər nə çəkirlər.

 

Ümumiyyətlə, bu gün çəkilən türk, rus serialları da hansısa xarici seriallardan götürülür. Və onların da “su”yu bizim seriallara keçir. Bu tip seriallarla da bizim peşəkar rejissorlarımız məşğul ola bilmir, yerinə 3-4-cü dərəcəli yeni rejissorlar gəlir. Məsəl var ki, “Kasıb itinin adını “Qızıl”, “Gümüş” qoyar, onun kimi bizim serialların da tək üstün cəhəti onlara yaxşı adların seçilməsidir. Serialın adına baxanda deyirsən ki, indi mən möhtəşəm bir bir şeyə baxacam. İzlədikdən sonra bəlli olur ki, “3 badam, 1 qoz”dur, ortada heçnə yoxdur.

Mənim bir xahişim ondan ibarətdir ki, kino, serial üçün pul yatıranda işi peşəkar insanlarla görsünlər ki, nə şiş yansın, nə kabab. Əgər layihələrində yeni rejisorlarla iş görmək istəyirlərsə, onlar heç olmasa, gəlsin peşəkar rejisorlardan-Eldar Quliyev, Vaqif Mustafayev, Oqtay Miqasımov, özümü demirəm ki, tərifləmək kimi çıxmasın və s.-dən dərs alsınlar”.

 

Kinorejisor Aydın Kazımzadə qeyd edib ki, serialların olması çox gözəldir, seriallar bir tarixdir.

 

“Azərbaycanda serial Sovet hakimiyyəti dövründə 2 seriyalı film çəkiləndə biz sevinirdik. Həmin dövrlərdə bizdə 10 seriyadan çox film çəkilmədi.

 

Kinorejisor uğurlu serialların adını çəkməyi də unutmayıb.

 

“Seriallarda əsas məsələ ssenarinin düzgün qurulmasıdır. Elə seriallarımız var ki, demək olar ki, eyni ssenaridən ibarətdir. Bir ara yaxşı bir serial çəkildi. Adı “Pərvanələrin rəqsi” idi. O serial öz professionallığını göstərdi. Orda da bəzi nöqsanlar var idi, amma ssenaridən gələn nöqsanları nəzərdə tuturam.  

 

Sonralar “Vicdan haqqı” serialı çəkildi. İnanın ki, mən ilk dəfə idi ki, bir serialı ilk bölümündən sonuna qədər izlədim. Halbuki digər seriallara mən gözucu baxmışam. Burada hadisələrin gedişi çox gözəl idi. Çünki real həyatdan qaynaqlanaraq çəkilmişdi. “Vicdan haqqı” tamaşaçı kütləsi qazana bilmişdi. Sonradan filmin rejisoru ilə maraqlandım və gördüm ki, olduqca peşəkar biridir. Daha sonra mənə məlum oldu ki, həmin rejisor, yəni Rövşən İsax “Aktrisa” filiminin də rejisoru olub. Onda anladım ki, filmin tamaşaçı kütləsi qazanması təsadüfi deyil, professional birinin əlindən çıxmış bir sənət əsəridir.

 

Burda da təbii ki, nöqsanlar var idi, amma aktyor oyunları əvəzsiz idi. “Vicdan haqqı”ndan sonra maraqla yeni serial gözləyirdim. Və ardınca daha bir maraqlı serial - “Ata ocağı” çəkildi. Bizim serialların ən böyük bir bəlası odur ki, onları Braziliya seriallarına bənzədirik. “Ata ocağı” da bir müddətə qədər tamaşaçı qazandı. Lakin sonradan fraqmentlər, seriyalar süni şəkildə yaradılırdı. Ümumiyyətlə, filmləri, serialları çəkəndə onun ssenarisinə və obrazlar üçün uyğun aktyor seçiminə diqqət yetirmək lazımdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ulduz futbolçunun arvadı maşını belə idarə etdi - VİDEO 24 Avqust 2019, 00:51 “Beşiktaş” ilk qələbəsini qazandı 24 Avqust 2019, 00:34 Şəkidə toyda 48 yaşlı kişini bıçaqladılar 24 Avqust 2019, 00:19 Əhməd Davudoğlunun partiyası YAP adlandırıldı 24 Avqust 2019, 00:01 Azərbaycan nefti ucuzlaşdı 23 Avqust 2019, 23:46 Toydan qayıdan sürücü qəzaya düşdü: yaralılar var 23 Avqust 2019, 23:30 "İnterpol" narkotik satan azərbaycanlını axtarır 23 Avqust 2019, 23:13 “Qarabağ”ın ev oyununu rusiyalı hakimlər idarə edəcək 23 Avqust 2019, 22:57 Deputatın həbs olunan oğlunun yeni VİDEOSU yayıldı 23 Avqust 2019, 22:39 Şəkidə yanğını söndürmək mümkün olmayıb 23 Avqust 2019, 22:19 194 ölkənin axtardığı İlan İsraildə tapıldı 23 Avqust 2019, 22:03 Bakıda 8 yaşlı uşaq faciəvi şəkildə ölüb 23 Avqust 2019, 21:44 Ərdoğan Rusiyaya gedir 23 Avqust 2019, 21:30 Putin İlham Əliyevi parada dəvət etdi 23 Avqust 2019, 21:16 Dünyanın ən varlı insanlarından biri vəfat etdi 23 Avqust 2019, 21:02 ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar   23 Avqust 2019, 20:46 Bakıda kürəkən qayınanasını döyərək bu hala saldı - FOTOLAR 23 Avqust 2019, 20:33 İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 23 Avqust 2019, 20:16 Azərbaycan millisi çempionata qələbə ilə başladı 23 Avqust 2019, 20:04 Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı - SİYAHI   23 Avqust 2019, 20:00 DYP hava ilə bağlı sürücülərə müraciət etdi  23 Avqust 2019, 19:49 Müdafiə Nazirliyindən İsrail dronları ilə bağlı AÇIQLAMA 23 Avqust 2019, 19:35 Aprel şəhidlərinin ailələri mərhum pilot Rəşad Atakişiyevin ailəsini ziyarət  ediblər 23 Avqust 2019, 19:20 Qəbələdə meşə yanğınına daha bir helikopter cəlb olundu - Video 23 Avqust 2019, 19:10 ETSN-dən əhaliyə müraciət: “Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun!” 23 Avqust 2019, 19:00 Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi yekunlaşdı     23 Avqust 2019, 18:51 "Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir” - Əli Əhmədov 23 Avqust 2019, 18:40 JuHİ araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı təşkil edib - Foto 23 Avqust 2019, 18:30 “Nar+” ilə hesabınızı daha asan idarə edin!   23 Avqust 2019, 18:20 Azərbaycanın FIFA referisi Çempionlar Liqasının oyununa təyinat alıb 23 Avqust 2019, 18:11 İlham Əliyev Vladimir Zelenskini təbrik etdi 23 Avqust 2019, 17:59 İstirahət günlərinin HAVASI – Yağış yağacaq, şimşək çaxacaq 23 Avqust 2019, 17:43 Növbəti 3 gün üçün manatın məzənnəsi 23 Avqust 2019, 17:37 “Sərhədçilərimizin irəli çəkdiyi yeni mövqelərə qalxdıq” - Qarabağ veteranı Qazaxda gördüklərindən DANIŞDI 23 Avqust 2019, 17:35 Qəbələdəki yanğınlara helikopter və təyyarə cəlb edilib 23 Avqust 2019, 17:34