Arxiv
19 İyul 2019, 08:59 | QARABAĞ
Milli Qəhrəmanlar müharibə istəyir

Qarabağ cəbhəsində və Azərbaycan-Ermənistan sərhədində bir müddətdir  müşahidə olunan nisbi sakitlik Ermənistanın təxribatları nəticəsində yenidən pozulub.

 

Bəs Azərbaycanın Milli Qəhrəmanları Qarabağ münaqişəsinin həlli ilə bağlı nələr düşünür?

 

Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayev Modern.az-a açıqlamasında bildirib ki, itirilən torpaqlar yalnız müharibə yolu ilə qaytarılmalıdır.

 

“25 ildir ki, susub oturmuşuq, nəsil qırılıb gedir. Nicat yolu ancaq müharibədir, bizim ayrı yolumuz yoxdur. Hamı ayağa qalxmalı, hamı sözünü deməlidi. Mən ölsəydim, indiki vəziyyəti görməsəydim, bundan yaxşı idi. Mənim üçün bütün bu olanlara şahid olmaq çox ağırdır”.

 

Milli Qəhrəman Fəxrəddin Cəbrayılov da çıxış yolunu müharibədə görənlərdəndir.

 

“Bilirsiz mən kiməm? Mən ehtiyatda olan generalam. Mənim fikrim yalnız bir olub. Qarabağı yalnız müharibə yolu ilə almalıyıq. Ordunun başında isə işini bilən, peşəkar biri durmalıdır. Ondan  sonra biz nəsə edə bilərik. Bizim xalqımız mərddir. Mən bunun Birinci Qarabağ müharibəsində şahidi oldum. Xalqım torpaqlarını qaytarmaq üçün canından keçməyə hazırdır. Sadəcə olaraq onların üstündə ağıllı, vətənini sevən biri olmalıdır. Mənim əslim Qubadlıdandır. Mənim atamın, anamın yurdu hazırda işğaldadır. Bacımın 5 yaşlı ölən uşağının qəbri hazırda Qubadlıdadır. O gün həmin 63 yaşlı bacım məndən soruşur ki, qardaş, mən gedib qızımın qəbrini ziyarət edə biləcəyəm, ya yox?! Bunu bilin ki, torpaqlarımızı birdəfəlik müharibə yolu ilə almaq lazımdır”.

 

Milli Qəhrəman Mirzə Quliyev bildirib ki, Ali Baş Komandan hansı əmri verərsə,yerinə yetiriləcək.

“Prezidentimiz sülh yolu deyərsə sülh yoluyla, müharibə yolu ilə desə,  müharibə ilə alarıq torpaqlarımızı”.

 

Qeyd edək ki, Ermənistan ordusu növbəti dəfə təxribatlara əl atıb.

Belə ki, Göygöl rayonu ərazisində təsərrüfat işləri görən traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən snayper atəşinə məruz qalıb, lakin itki yoxdur. Cavab tədbirləri nəticəsində düşmən susdurulub.

 

Bundan başqa Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini pozub.

 

İyulun 18-də isə Ermə­nistan silahlı qüv­vələrinin bölmələri tərəfindən Ermənistanın No­yem­ber­yan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silah­lardan atəş açılmaqla atəş­kəs rejimi pozulub, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub. Cavab atəşi ilə düşmən susdurul­ub.

 

Hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­la­rının “Qa­zax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində dö­yüş növbəsində xidmət aparan əsgər Ceyhun Bay­ra­mov yaralanıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiyada azərbaycanlı bloqer saxlanıldı 25 Avqust 2019, 00:53 Sumqayıtda iki qrup arasında kütləvi dava 25 Avqust 2019, 00:43 Bakıda avtobus iki piyadanı vurdu 25 Avqust 2019, 00:28 Zeynəbin  təhsil haqqı tam ödənildi 25 Avqust 2019, 00:12 Xəzərdə batan 2 nəfər xilas edildi 24 Avqust 2019, 23:57 Fransada etirazçılarla  qarşıdurma 24 Avqust 2019, 23:38 Heydər Əliyev Mərkəzinin parkında konsert 24 Avqust 2019, 23:24 Türkiyədə polisləri daşıyan maşın aşdı: 2 ölü 24 Avqust 2019, 23:10 Sumqayıtda toy zamanı şadlıq evi yandı: 360 nəfər təxliyyə edildi 24 Avqust 2019, 22:59 Şəkidə yanğın 70 hektar ərazini kül etdi 24 Avqust 2019, 22:46 Sərbəst sözün işığı 24 Avqust 2019, 22:37 Ruhani  rialdan dörd sıfrı silir 24 Avqust 2019, 22:17 Goranboyda ağır qəza: 1 ölü, 5 yaralı 24 Avqust 2019, 21:44 "Səbail" I pilləyə yüksəldi 24 Avqust 2019, 21:30 Ərdoğan İmamoğlunu yenə tənqid etdi 24 Avqust 2019, 21:13 Kürdəmirdə daha bir fəhlə iş yerində öldü 24 Avqust 2019, 20:56 Rusiyada iki azərbaycanlı həbs olundu 24 Avqust 2019, 20:38 Gecə klubunda 52 nəfər saxlanıldı 24 Avqust 2019, 20:19 Tramp Makronla G7 sammiti öncəsi müzakirə apardı 24 Avqust 2019, 20:01 Yevlaxda 17 gün əvvəl edilən oğurluğun üstü açılıb 24 Avqust 2019, 17:56 Bakıda məşqə gedən 21 yaşlı oğlan avtovağzalda itkin düşdü 24 Avqust 2019, 17:42 Ukrayna vətəndaşı Bakıda 160 min dollarlıq dələduzluq edib 24 Avqust 2019, 17:30 Çin Trampa rəsmi XƏBƏRDARLIQ etdi 24 Avqust 2019, 17:13 Azərbaycanın daha bir aparıcı bankına haker hücumu olub 24 Avqust 2019, 16:53 Türkiyədə zirehli avtomobil aşıb, 2 polis ölüb, 4-ü xəsarət alıb 24 Avqust 2019, 16:46 Zelenski Bakı ermənisini TŞ-nin rəhbəri postuna gətirir? 24 Avqust 2019, 16:31 Şamaxıda "Toyota"nın vurduğu piyada xəstəxanada öldü 24 Avqust 2019, 16:18 Sosial evləri kirayə verənlər: “Mənzilə ehtiyacları yoxdur, pul qazanmağı düşünürlər” 24 Avqust 2019, 15:53 ABŞ İran tankerini qəbul edən limanları sanksiyalarla hədələdi 24 Avqust 2019, 15:39 Prezident İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB 24 Avqust 2019, 15:27 İranda iqtisadi vəziyyət pisləşməkdə davam edir 24 Avqust 2019, 14:56 Azərbaycanlı aparıcı 45 milyonluq torpaq sahəsini satdı - Fotolar 24 Avqust 2019, 14:49 Bakıda narkobaronlara qarşı əməliyyat: "Bibixanım" saxlanıldı - FOTOLAR 24 Avqust 2019, 14:21 Goranboyda növbəti ümumrayon aksiyası keçirildi 24 Avqust 2019, 14:05 Rusiya dənizdən raketlər atdı, hədəflər məhv edildi 24 Avqust 2019, 13:51