Modern.az

QHT Şurasında seçkilər keçiriləcək

QHT Şurasında seçkilər keçiriləcək

Qarabağ

30 Yanvar 2012, 18:07

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”nin 3.6-cı bəndinə uyğun olaraq, Şura üzvlüyünə yeni namizədlərin irəli sürülməsini təmin etmək üçün 2012-ci ilin fevral ayı ərzində aşağıda qeyd olunan sahələr üzrə ixtisaslaşmış QHT qruplarının yığıncaqları keçiriləcək.

Bu barədə Modern.az saytına qurumun mətbuat xidmətindən məlumat verilib.

İnsan hüquqları və demokratiya, ailə, qadın və uşaq məsələləri, qaçqın, köçkün, əlil və veteranların məsələləri, iqtisadi və sosial məsələlər, təhsil, elm və mədəniyyət, gənclər və vətənpərvərlik tərbiyəsi, səhiyyə, sağlamlıq və ekologiya, narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə istiqamətində fəaliyyət göstərən QHT-lər yığlıncaqda iştirak edə bilərlər.

Namizədləri irəli sürmək üçün qeyri-hökumət təşkilatları 2012-ci il fevralın 14-dək Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinə ərizə ilə müraciət edə bilərlər.

Hər bir QHT yalnız bir ixtisaslaşmış qrup üzrə qeydiyyata alınır və yığıncaqda bir nümayəndə ilə təmsil olunur. Ərizədə QHT iştirak edəcəyi qrupu göstərməli və öz nümayəndəsi haqqında məlumat verməlidir.

QHT Şura üzvlüyünə namizəd irəli sürə bilər. İrəli sürülən namizəd “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”nin 3.3. və 3.4-cü bəndlərinin tələblərinə uyğun olmalıdır. Namizədi irəli sürmüş qeyri-hökumət təşkilatı müvafiq ərizəni və anket məlumatlarını Katibliyə təqdim etməlidir/

           
QHT qrupları üzrə yığıncaqların keçirilmə tarixi və yeri haqqında əlavə məlumat veriləcək.

           

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı