Modern.az

Xərçəng xəstələrinin sayı ilə bağlı qorxulu proqnoz verilib

Xərçəng xəstələrinin sayı ilə bağlı qorxulu proqnoz verilib

31 Yanvar 2012, 13:46

BMT-nin İctimai İnformasiya Departamentinin (UN DPI) Azərbaycandakı nümayəndəliyi, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi, “Lider Qadınlar” İctimai Birliyi və  "Azərbaycan Həkimlər və Təbib Tələbələr" İctimai Birliyi 4 fevral Ümumdünya Xərçənglə Mübarizə Günü ilə bağlı dəyirmi masa təşkil edəcək. Tədbir 3 fevral 2012-ci il, saat 11.00-da BMT-nin Azərbaycandakı nümayəndəliyinin əsas ofisində konfrans zalında baş tutacaq.

Hər il 4 fevral bütün dünyada Ümumdünya Xərçənglə Mübarizə Günü kimi qeyd edilir. Hər il fərqli mövzulara və problemlərə toxunan Günün 2012-ci il üçün mövzusu “Birlikdə bu mümkündür” seçilib. Bu mövzunun seçilməsində əsas məqsəd ayrı-ayrı fərdlərin, təşkilat və hökumətlərin birgə fəaliyyəti vasitəsilə 2025-ci ilə qədər xərçəng və digər qeyri-infeksion xəstəliklər nəticəsində baş verən vaxtından əvvəl ölüm hallarının sayını 25% azaltmağın mümkünlüyünü göstərməkdir.

BMT-nin İctimai İnformasiya Departamentinin məlumatına görə, dünyada xərçəng xəstəliyindən hər il 7 milyondan artıq insan həyatını itirir. Hazırda bu diaqnozla 20 milyon insan yaşayır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2030-cu ildə onkoloji xəstələrin sayı iki dəfə artacaq. İlbəil bu xəstəliyə düçar olanların sayı çoxalır. Xəstəliyin bu qədər sürətlə artmasının əsas səbəblərindən biri də məlumatsızlıqdır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü