Modern.az

Qarabağda erməni əsgərin ölümünə görə baş gizir tutuldu

Qarabağda erməni əsgərin ölümünə görə baş gizir tutuldu

Aktual

25 İyul 2019, 13:24

Dağlıq Qarabağda erməni əsgərinin ölümünə görə döyüş postunun baş giziri saxlanılıb.

Bu haqda Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir.

 

Ermənistan İstintaq Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin müdiri Naira Arutyunyan bildirib ki,  Ermənistan silahlı qüvvələrinin əsgəri Volodya Qaloyanın ölüm faktı ilə əlaqədar istintaq davam edir.

 Saxlanılan baş gizirin adı açıqlanmayıb.  

Qeyd edək ki, iyulun 24-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində rmənistan ordusunun əsgəri ölüb.

Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Volodya Qaloyan döyüş postunda xidmət etdiyi hərbi hissənin baş gizirini öldürmək istəyib.

 

Bildirilib ki, Qaloyan “AK-74” markalı tabel avtomat silahdan baş gizirə bilərəkdən atəş açıb. Ancaq ondan asılı olmayan səbəbdən cinayətini başa çatdıra bilməyib.

 

Qaloyan avtomatını götürərək ərazinin tərk edib.  

 

İyulun 24-də səhər 04.20-də onun meyiti müşahidə məntəqəsindən 50 metr aralı alt çənə nahiyəsindən yaralanmış halda aşkarlanıb. Avtomatı da meyitin yanında olub.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı