Modern.az

Generaldan Ukraynaya ÇAĞIRIŞ: Moskva və Sankt-Peterburqu vurun!

Generaldan Ukraynaya ÇAĞIRIŞ: Moskva və Sankt-Peterburqu vurun!

Dünya

31 İyul 2019, 11:44

Ukraynaya orta mənzilli raketlər lazımdır ki, Moskvaya və Sankt-Peterburqa zərbələr endirə bilsin.

 

Modern.az saytının Ukrayna KİV-nə istinadən verdiyi məlumata görə, bunu təhlükəsizlik məsələləri üzrə ekspert, xarici kəşfiyyat veteranı, general-leytenant Vasiliy Boqdan bildirib.

 

V.Boqdanın sözlərinə görə, əgər Ukraynanın arsenalında orta mənzilli raketlər olsa, onların nüvə yükünə malik olması şərt deyil.

“Bunun üçün isə perspektiv olmalıdır. Ukraynanın hərbi-siyasi rəhbərliyi bunun üzərində intensiv işləməlidir”-V.Boqdan belə hesab edir.

Ekspert bildirib ki, Rusiyanın “Orta və kiçikmənzilli raketlərin ləğvi” haqqındakı müqavilədən çıxması  Ukrayna üçün şans yaradır.

 

“Moskva ilə Sankt-Peterburq kimi şəhərləri vura biləcək raketləri hazırlamaq üçün Ukraynanın əlləri açılıb”-deyə o əlavə edib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi