Modern.az

Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO

Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO

19 Avqust 2019, 18:34

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə müxtəlif yollarla ölkəyə gətirilən və Azərbaycanın aksiz markası ilə markalanmayan tütün məmulatlarının "Chevrolet Aveo" markalı avtomobillə paytaxtın Süleyman Rəhimov küçəsindəki köşklərdən birinə aparılması barədə məlumat daxil olub.

 

Komitədən Modern.az-a verilən məlumata görə, dərhal yaradılan əməliyyat qrupu qeyd olunan ünvanda müvafiq tədbirlər həyata keçirib. Avtomobildən düşərək köşkə daxil olan Azərbaycan vətəndaşının əlindəki torbaya baxış zamanı orada tütün məmulatlarının olduğu müəyyənləşdirilib.

 

Daha sonra həmin şəxs avtomobildə və köşkdə də tütün məmulatlarının olduğunu etiraf edib. Yoxlama zamanı həmin şəxsin əlindəki torbadan, avtomobildəki çantadan, köşkün vitrinindən və divarında düzəldilən xüsusi saxlanc yerindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 61 200 ədəd müxtəlif markalı siqaretlər, 1 ədəd karton qutuda qablaşdırılan Azərbaycan Respublikasına məxsus 110 ədəd aksiz markası və 4 ədəd ülgüc aşkar edilərək götürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi