Arxiv
23 Avqust 2019, 17:35 | QARABAĞ
“Sərhədçilərimizin irəli çəkdiyi yeni mövqelərə qalxdıq” - Qarabağ veteranı Qazaxda gördüklərindən DANIŞDI

“Avqustun 22-də bir qrup Qarabağ qazisi ilə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının döyüş mövqelərində və hərbi hissədə olduq. Sərhədçilərimizin Ermənistanla sərhəddə irəli çəkdikləri mövqelərə qalxdıq, oradakı şəraitlə şəxsən tanış olduq”.

Modern.az xəbər verir ki, bunu ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi veteranı Xətai Baxışov bildirib.

Onun sözlərinə görə, sərhədçilərimizin Babakər dağında və sol cinahda tutduğu yeni mövqelər geniş spektrdə müşahidəyə imkan verir.


“Həyata keçirilmiş mühəndis işləri nəticəsində həm şəxsi heyətin, həm də yaxınlıqda yerləşən II Şıxlı kəndinin təhlükəsizliyinin tam təmin olunub. Gördüyümüz qədər düşmən sərhədçilərimizin təcrübəsiz olduğunu düşünüb, irəliləmək istəsə də, elə öz ərazilərində ilişib qalıb. Düşmən irəlləmək istədiyi  istiqamətlərdə planlaşdırdığı mövqelərə çıxsaydı 700 metr yüksəkliyə malik Babakər dağındakı mövqeyimiz əhəmiyyətini itirəcək, həmin yüksəklikdəki mövqe ilə bütün kommunikasiya kəsiləcəkdi. Eyni zamanda, düşmən Qırmızı Körpüyə və II Şıxlı kəndinə nəzarət üstünlüyünü əldə edəcəkdi. Sərhədçilərimiz düşməni lokallaşdırmaqla yanaşı, üstünlüyü ələ alıblar. Bunu bir daha yerində gördük.Yaradılan yeni döyüş mövqeləri artıq ərazidəki bütün kor sahələri bağlayıb”. 


Xətai Baxışov bildirib ki, döyüş mövqelərində 8-9 aydır olmalarına baxmayaraq, sərhədçi əsgərlərimiz və zabitlərimizin ruhu yüksəkdir.:


“Sərhəd Qoşunlarımız kifayət qədər ciddi işlər ortaya qoya bilib. Bu da bir zabit kimi məni fərəhləndirir və ümidləndirir. İnşallah, Ali Baş Komandanımızın əmri ilə ordumuz, sərhədçilərimiz, digər qoşun növlərimizin şəxsi heyəti çiyin-çiyinə, birlikdə hərəkətə keçib torpaqlarımızı azad edəcək, Araz çayınadək dövlət sərhədlərimizə çıxacağıq. Diviziyanın Müdafiə Nazirliyin hissələri ilə birgə fəaliyyət planları var. Bu əməkdaşlıq düşmənin istənilən böyük miqyaslı təxribatının qarşısını almağa imkan verir. Sabah sərhəddə hər hansı bir düşmən təxribatı olarsa, ordu korpusumuzun artilleriyası, tankı, şəxsi heyəti sərhədçilərimizə dəstək verəcək, bir yerdə düşmənə qarşı güc tətbiq edə biləcəklər”.


Avqustun 22-də Qarabağ müharibəsi veteranlarının və bloggerlərin bir qrupunun müraciəti əsasında Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə, təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrinə səfəri təşkil olunub.

Səfər çərçivəsində Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsində təmas xəttində yaradılmış sərhəd müdafiə və mühafizə infrastrukturu, sərhəd döyüş məntəqələrində və döyüş mövqelərində sərhədçilərin xidməti-döyüş fəaliyyəti və istirahət şəraiti ilə yaxından tanışlıq olub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərdoğan Trampla regional məsələləri müzakirə edib 23 Sentyabr 2019, 00:54 Misirdə vəziyyət yenidən gərginləşib - Şərq payızı başlayır 23 Sentyabr 2019, 00:34 "Vurğun Əyyub yaşayır!" - Ellada Məmmədli 23 Sentyabr 2019, 00:09 Şəhriyar Məmmədyarov məğlub oldu 22 Sentyabr 2019, 23:43 “Vurğun Əyyub komaya düşməyib, amma vəziyyəti ağırlaşıb” - Qubad İbadoğlu 22 Sentyabr 2019, 23:16 Suriyaya bir sutkada 1352 qaçqın qayıdıb 22 Sentyabr 2019, 22:44 “Qalatasaray” qələbəni əldən verdi 22 Sentyabr 2019, 22:24 ABŞ-da  silahlı insident 22 Sentyabr 2019, 22:06 Fuad Muradov "Xalq Cümhuriyyətinin 100 illik medalı"nı Əlibəy Hüseynzadənin qızına təqdim edib - FOTO 22 Sentyabr 2019, 21:59 Elmar Məmmədyarov ABŞ-da Qarabağ məsələsini müzakirə etdi - YENİLƏNİB 22 Sentyabr 2019, 21:43 Avtobus qəzaya uğradı: 26 ölü 22 Sentyabr 2019, 21:27 Azərbaycan idmançıları ikinci oldu 22 Sentyabr 2019, 21:14 Keçmiş deputatdan məmurlara ÇAĞIRIŞ: “Mərdi qova-qova namərd etməyin!” 22 Sentyabr 2019, 20:47 Vurğun Əyyubun vəziyyəti ağırlaşıb 22 Sentyabr 2019, 20:37 Türkiyə 7 PKK terrorçusunu  məhv etdi 22 Sentyabr 2019, 20:18 Polis 1.3 ton narkotik vasitə aşkarladı 22 Sentyabr 2019, 20:01 Pakistanda avtobus qəzası: 26 ölü, 12 yaralı 22 Sentyabr 2019, 18:08 Bakıda 3 otaqlı ev yanıb   22 Sentyabr 2019, 17:40 Aytəkin Alxaslıdan Elçin Quliyevlə bağlı icazəsiz YAZI 22 Sentyabr 2019, 17:25 Bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının bağlanış mərasimi keçirilir 22 Sentyabr 2019, 16:39 Cəlilabadda 8 otaqlı ev yanıb   22 Sentyabr 2019, 15:25 Hərbi qulluqçu Elyarbəy Məmmədov torpağa tapşırılıb 22 Sentyabr 2019, 15:16 Tural Gəncəliyev erməniləri ifşa etdi - VİDEO 22 Sentyabr 2019, 14:39 Ağsuda iki “VAZ” toqquşub, xəsarət alan var 22 Sentyabr 2019, 14:35 Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib 22 Sentyabr 2019, 14:07 “Böyük İpək Yolu”ndan təlim – “Gənclərin karyerada yüksəliş imkanları” 22 Sentyabr 2019, 14:01 Ərdoğan ABŞ-a gedib 22 Sentyabr 2019, 13:43 Amerikada qarşılıqlı ittihamlar kimin sonuna çıxacaq? – HARVARD MƏZUNU YAZIR 22 Sentyabr 2019, 13:01 Diş həkiminin xəstəliyə yoluxdurduğu aktyor - Ələkbər əminin NAĞILI 22 Sentyabr 2019, 12:41 Sabahın HAVASI: Yağış yağacaq 22 Sentyabr 2019, 12:38 Küləyin aşırdığı ağac 120 evi qazsız qoydu 22 Sentyabr 2019, 12:32 Şahdağda qarın hündürlüyü 3 santimetrə ÇATIB – Faktiki HAVA   22 Sentyabr 2019, 12:27 “Korrupsioner məmurun öz sərvətini açıqlaması intihar kimi bir şeydir” 22 Sentyabr 2019, 12:22 Şəmkirdə bir nəfər hovuzda boğuldu   22 Sentyabr 2019, 12:10 Ömrün nisgil toplusu “Dəyişmirik” çapdan çıxdı 22 Sentyabr 2019, 12:05