Modern.az

Avropa parlamentinin deputatı Qarabağa qanunsuz səfər etdi, XİN isə...

Avropa parlamentinin deputatı Qarabağa qanunsuz səfər etdi, XİN isə...

Qarabağ

26 Avqust 2019, 16:20

Xarici ölkələrin rəsmi şəxslərinin Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfərləri davam edir.

 

Modern.az xəbər verir ki, bu dəfə Avropa Parlamentinin Almaniyadan olan deputatı Martin Zonneborn Qarabağa gəlib. Qondarma “Qarabağ Respublikası”nın rəsmi şəxsləri ilə görüşən siyasətçi səfərinin əsas məqsədinin regionda turizmin inkişafı olduğunu deyib.

Onun 25 nəfərdən ibarət nümayəndə heyəti ilə Qarabağa səfər etdiyi açıqlanıb. Martin Zonneborn 1954-cü il mayın 15-də Almaniyanın Hettingen şəhərində anadan olub. O 2000-2005-ci illərdə “Titanic” satirik jurnalının baş redaktoru olub.

 

Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə hələ ki münasibət bildirməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir