Modern.az

“Ərdoğanın Putindən istədiyini əldə etməsi mümkünsüz görünür” - ŞƏRH

“Ərdoğanın Putindən istədiyini əldə etməsi mümkünsüz görünür” - ŞƏRH

27 Avqust 2019, 14:40

“Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı elə bir gündə ölkəsinə səfərə dəvət edib ki, Türkiyə rəhbərinin Suriyanın İdlib şəhərinə görə Kreml sahibi ilə mübahisəyə girişməsi və ya istədiyini əldə etməsi mümkünsüz görünür”.

 

Modern.az xəbər verir ki, bu barədə “Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. O, Türkiyə prezidentinin hazırda davam edən Moskva səfərini şərh edib:

“Birincisi, Putin Ərdoğanı Moskva vilayətində keçirilən MAKS-2019 beynəlxalq aviasiya və kosmos sərgisinə dəvət edib və hər iki lider buradakı çıxışlarında aviasiya imkanlarından danışıblar. Putin həm də bu sərgi vasitəsilə Ərdoğana işarə edib ki, “Amerika Sənə vəd etdiyi hərbi təyyarələri satmasa, ondan da yaxşısın və ucuz qiymətə mən sənə sata bilərəm”. İkincisi, Ərdoğanın Putinlə görüşdüyü gün Rusiyanın Türkiyəyə satdığı C-400 raketlərinin ikinci hissəsi Ankaradakı hava limanına enib. Bunun özü də Putinin Ərdoğana mesajıdır ki, İdlibin Suriya ordusunun nəzarəti keçməsinə əvvəl-axır razılaşmalısan”.

 

Politoloqun sözlərinə görə, bundan sonra Ərdoğan İdliblə bağlı istənilən narahatlığını rusiyalı həmkarının diqqətinə çatdırsa da, Putin Əsədlə əvvəlki kimi bildiyini edəcək:

“Ancaq bunu elə edəcək ki, Ərdoğanın da Türkiyə daxilində mövqeləri zəifləməsin. Hiss olunur ki, Putin ətrafındakılara tapşırıb ki, "İdlib məsələsində Ankara ilə fikir ayrılığında olsaq da, nəbadə Türkiyənin ünvanına sərt sözlər deyəsiniz". Təsadüfi deyil ki, Putinin özü də deyir ki, Türkiyənin Suriyada narahatlıqlarını anlayır, ancaq bu cümləsini əlavə etməyi də unutmur: “Rusiya Türkiyə ilə heç bir razılaşmanı pozmur və Astana dialoq çərçivəsində Suriyada terrorçuların neytrallaşdırılması davam edir”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir