Modern.az

Jurnalist gileyləndi: “Üstündən 2 həftə keçib, xəbər yoxdur”

Jurnalist gileyləndi: “Üstündən 2 həftə keçib, xəbər yoxdur”

Aktual

30 Avqust 2019, 13:51

Bildiyimiz kimi, ötən günlərdə əməkdar jurnalist Elnarə Dərziyevanın qardaşının evi qarət olunmuşdu. Elnarə Dərziyeva "Facebook" hesabında hadisə ilə bağlı foto və məlumatlar paylaşaraq bildirib ki, Binəqədi rayonundakı evdən qızıl-zinət əşyaları oğurlanıb.

 

Modern.az-ın əməkdaşı məsələnin həll olunub-olunmaması ilə bağlı Elnarə Dərziyeva ilə əlaqə saxlayıb.

 

“Hələ də eyni vəziyyətdədir. Bayaq Bakı Şəhər Baş Polis İdarəsi ilə danışmışam. Hələ də mənə eyni cavablar verilir – “araşdırmalar aparılır, hər şey yaxşı olacaq, narahat olmayın” deyirlər”.  Axı mən necə narahat olmayım?! Hadisənin üstündən artıq 2 həftə keçib, amma bir xəbər yoxdur. Məsələ həll olunan kimi mediaya bildirəcəm”.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir