Modern.az

Akif Nağıdan Yeni Qarabağ Hərəkatının yaranmasına REAKSİYA

Akif Nağıdan Yeni Qarabağ Hərəkatının yaranmasına REAKSİYA

5 Sentyabr 2019, 12:26

İşğal altında olan torpaqlarımızın azad oldunması ilə bağlı illərdir işlər görülür. Bu istiqamətdə görülən işlərdən biri də işğalda olan Qarabağla bağlı təşkilatların yaradılmasıdır. Bu təşkilatlar Qarabağın işğaldan azad olunması üçün müəyyən qədər ideyalar irəli sürür, əhalinin Qarabağla bağlı təşkilatlanmasına cəhd edirlər. Amma qeyd etmək lazımdır ki, illərdir ortaya önəmli bir iş qoyulmayıb.  

Yayılan məlumatlara görə, Qarabağla bağlı daha bir təşkilatın yaradılması planlaşdırılır. Gənclərin planlaşdırdığı təşkilatın Yeni Qarabağ Hərəkatı adlanacağı söylənilir.

Azərbaycanda Qarabağla aparıcı təşkilatlardan biri də Qarabağ Azadlıq Təşkilatıdır. Məsələdən xəbərdar olmasını düşünərək, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ilə əlaqə saxladıq.

 

Akif Nağı Modern.az-a bildirdi ki, Qarabağla bağlı nə qədər çox təşkilat yaransa, iş görülsə,  o qədər yaxşıdır.


“Amma yeni bir təşkilatın yaranması ilə bağlı məlumatım yoxdur”.

 
A.Nağı sözlərinə görə, 25-27 ildir ideya verirlər ki, Qarabağla bağlı hansısa bir təşkilat yaradılır:

“Amma çox təəssüf ki, bir müddət fəaliyyət göstərirlər və təşkilat ləğv olunur. Qarabağın işğaldan azad olunması ideyası ilə bağlı bir çox təşkilat var, amma fəaliyyətləri görünmür. Qarabağla bağlı təşkilat yaradanlar real iş görməlidirlər, ad, görüntü, sədrlik xatirinə təşkilat yaratmamalıdırlar. Düşünməlidirlər ki, hansı istiqamətdə işlər görəcəklər, nələr edəcəklər, təşkilat necə fəaliyyət göstərməlidir... Çalışmaq lazımdır ki, Qarabağ naminə böyük təşkilatlanma olsun. Qarşılarına konkret vəzifə, məqsəd qoyub yaradırlarsa, qoy yaratsınlar. Amma ad xətrinə olacaqsa, elə təşkilatların yaranmaması daha yaxşı olar”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub