Modern.az

Biləsuvara işığın verilməsi DAYANDIRILACAQ

Biləsuvara işığın verilməsi DAYANDIRILACAQ

Aktual

27 Dekabr 2025, 09:33

Bu gün Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq yarımstansiyada 10 mVA gücündə transformator 20 mVA gücündə transformatorla əvəz olunacaq.

Modern.az xəbər verir ki, yarımstansiyada həyata keçirilən gücləndirmə işləri ilə əlaqədar saat 11:00-dan 12:30-dək şəhər ərazisində və rayonun bir sıra hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir və gücləndirmə işləri başa çatdıqdan sonra yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...