Arxiv
5 Sentyabr 2019, 12:51 | MƏDƏNİYYƏT
“Yazırlar ki, “Azərbaycanda bütün həkimləri güllələmək lazımdır!”” - “Feysbuk”un aktiv HƏKİMİ

Hər günümüzün bir hissəsi sosial şəbəkələrdə keçir. Texnologiyanın günbəgün inkişafı sosial şəbəkələrin həyatımız üçün əhəmiyyətini daha da artırır.

 

Sosial şəbəkədə paylaşımlar insanların xarakterini, həyat tərzini də açıqlayır. Bu gün artıq demək olar hər kəs sosial şəbəkələr vasitəsilə gündəmdən xəbərdar olur. Bir sözlə, sosial şəbəkələrin nüfuzu gündən-günə artmaqdadır.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da həmçinin…

Son vaxtlar rəsmi şəxslərin, deputatların da sosial şəbəkələrə gəlişi müşahidə olunur.

Facebook Azərbaycanda ən populyar sosial şəbəkədir. Burada adi adamlarla yanaşı, bəzi tanınmış şəxslərin aktivlik göstərdiyini və hadisələrə öz aspektlərindən yanaşaraq, mütəmadi statuslar yazdığını görmək olur.

 

Facebook-da aktivliyini qoruyan  istifadəçilərdən biri də pediatr Vaqif Qarayevdir. Onun az qala hər gün status yazdığı müşahidə olunur. Maraqlıdır, həkim buna necə vaxt ayırır, sosial şəbəkədə olmaq onun üçün nə deməkdir?

Vaqif Qarayev Modern.az-ın bu qəbildən olan suallarını cavablandırıb.

- Vaqif müəllim, müşahidələrimdən bilirəm ki, paylaşdığınız statuslarda hətta korrektə səhvləri olmur. Görünür orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat dərslərini yaxşı oxumusunuz.

 

- Bəli, Azərbaycan dili və ədəbiyyata xüsusi marağım olub, amma internet yaranana qədər külli miqdarda kitab oxumuşam.

 

- Sirr deyilsə, gün ərzində nə qədər xəstə qəbul edirsiniz ki, sosial şəbəkələrdə də akivliyinizi qoruya bilirsiniz?

 

- Axı kimin nəyinə gərək, mən nə qədər xəstə qəbul edirəm!

- Sosial şəbəkələrdə olduqca geniş statuslar paylaşırsınız. Status yazmağa sizi nə vadar edir, buna niyə ehtiyac duyursunuz?

 

- Mən internetə girəndə ancaq xəbərlərə baxırdım, internetdən yalnız informasiya almaq məqsədilə istifadə edirdim. Daha çox özümə lazım olan informasiyaları toplamaq üçün tibbi saytlara daxil olurdum. Sonra mənə məsləhət gördülər ki, xəbərlərə sosial şəbəkələrdə də baxmaq olur. Mən də yaxın birinin köməkliyi ilə “Feysbuk”da qeydiyyatdan keçdim. Düzünü desək, 7-8 ay “Feysbuk”da heç nə eləmədim. Sonra isə gördüm ki, burda söhbətləşmək, hər hansı bir şeyi müzakirə etmək olur və bu ab-hava məni də özünə çəkdi. Sonra özümdə belə bir ehtiyac yarandı ki, işimlə bağlı pasiyentlərə qəbulda başa sala bilmədiyim tibbi mövzuları burda yaza bilərəm. Yazdıqlarımla maraqlananlar çox idi. Sonra sizin həmkarlardan bir nəfər (adını çəkməyəcəm) məndən açıqlama almaq üçün zəng etmişdi. Bu açığı mənim üçün yeni bir şey idi. Maraqlı mövzu haqqında açıqlama verdim və ardınca tez-tez jurnalistlər mənə zəng etməyə başladılar. Bir dəfə Google-də özümü axtarışa verdim və gördüm ki, az qala məndən məşhur adam yoxdur (gülür).

Sonra yavaş-yavaş statuslar da paylaşmağa başladım. Düşündüm ki, məndən nə gedir axı, öz bilik və təcrübələrimi insanlarla bölüşüm.

 

- Olubmu, statuslarınıza tənqidi rəylər bildirilsin?

 

- Bir dəfə el arasında deyilən “çöpçülük”lə bağlı geniş bir status yazmışdım. Gənc bir xanım mənim fikrimlə razılaşmayıb, əks yönümlü rəy bildirdi. Bu mənə o qədər pis təsir etdi ki... Çünki o fikirləri yaşlı bir nənə söyləsəydi, bəlkə də onu qınamazdım. Rəylərdə həmin xanım və bir neçəsi cəmiyyətə “çöpçü” və sınıqçının, falçının lazım olduğunu bildirirdilər. Belə fikirləri görəndə məyus oluram.

 

“Çöp” deyilən anlayış yalnız bizim millətin uşağının boğazında qalır. Başqa heç bir millətdə “çöp” anlayışı yoxdur. Yenə deyirəm, o sadəcə yad cisimdir. Sonra qəbulda bütün xəstələr razılıqla ayrılır, amma sosial şəbəkələrdə yazırlar ki, “Azərbaycanda bütün həkimləri güllələmək lazımdır”. Bu fikirlər məni çox incidir.

 

- Sosial şəbəkələrdə çoxmu vaxt keçirirsiniz? Sosial şəbəkələr ümumiyyətlə işinizə təsir edirmi?

 

- Mənim iş saatıma heç nə müdaxilə edə bilməz. Əgər pasiyentlə vaxt təyin etmişəmsə, nə olursa olsun, onu qəbul etməliyəm. Açıq deyirəm, fikrimi dağıtmaq üçün sosial şəbəkələrdə oluram, məni yorğunluqdan azad edir. Bəzən təbim gələndə status da yazıram. Məni sosial şəbəkədən aslı edən heç nə yoxdur, istəsəm bu gün də ordan çıxaram.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nikahdankənar əlaqələrə görə 6 aylıq həbs cəzası  - QANUN DƏYİŞİR 20 Sentyabr 2019, 21:54 “Neft gəlirləri sosial məsələlərə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək” - İlham Əliyev 20 Sentyabr 2019, 21:34 Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB  20 Sentyabr 2019, 21:23 «İki sahil» qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırladı 20 Sentyabr 2019, 21:16 Penitensiar xidmətdən İkram Rəhimovla bağlı AÇIQLAMA 20 Sentyabr 2019, 21:06 Dünya VİZAdan imtina edir 20 Sentyabr 2019, 20:50 Prezident sarayı ilə parlament binası qarşısında aksiya keçirilir 20 Sentyabr 2019, 20:33 Məhkumlar qiyam qaldırdı - VİDEO 20 Sentyabr 2019, 20:16 Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür 20 Sentyabr 2019, 20:03 Fuad Qəhrəmanlı AXCP-dən istefa VERDİ 20 Sentyabr 2019, 19:49 Telefonla ayaqyoluna girmək babasil yaradır 20 Sentyabr 2019, 19:40 Leyla Əliyeva Dənizkənarı Milli Parkda fotosərginin açılışında iştirak edib - FOTOLAR 20 Sentyabr 2019, 19:31 ABŞ İranın Milli Bankına sanksiya tətbiq etdi 20 Sentyabr 2019, 19:22 Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib -FOTO   20 Sentyabr 2019, 19:13 Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb - FOTO 20 Sentyabr 2019, 19:04 Raquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək 20 Sentyabr 2019, 18:55 Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik olunur - RƏSMİ 20 Sentyabr 2019, 18:46 İstirahət günlərində gözlənilən hava PROQNOZU 20 Sentyabr 2019, 18:38 Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? - RƏSMİ AÇIQLAMA 20 Sentyabr 2019, 18:30 Prezidentin təyin etdiyi xanım direktor kimdir? - DOSYE 20 Sentyabr 2019, 18:20 “Əsrin müqaviləsi” ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu 20 Sentyabr 2019, 18:11 Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi 20 Sentyabr 2019, 18:09 İlham Əliyev maltalı həmkarını təbrik etdi 20 Sentyabr 2019, 17:59 Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edildi 20 Sentyabr 2019, 17:57 Koçaryan zaminə buraxılmadı 20 Sentyabr 2019, 17:55 Uşaqpulu niyə verilməsin... Ekspert arqumetlərlə RAZI DEYİL 20 Sentyabr 2019, 17:54 Ceyhun Bayramov Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru ilə görüşdü 20 Sentyabr 2019, 17:51 Deputat əsasnamə imzaladı 20 Sentyabr 2019, 17:47 İntizam Komissiyasının katibi deputat vəsiqəsinin girov qoyulmağını QINADI 20 Sentyabr 2019, 17:44 Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olundu - SƏRƏNCAM 20 Sentyabr 2019, 17:41 Tacikistan nümayəndə heyəti “AzerGold”da olub 20 Sentyabr 2019, 17:35 Pompeo İlham Əliyevə məktub yazdı 20 Sentyabr 2019, 17:29 İlham Əliyev neftçiləri təbrik etdi 20 Sentyabr 2019, 17:25 Firudin Qurbanov Şamaxıda müraciətləri dinlədi 20 Sentyabr 2019, 17:20 “Azərişıq”Cənub regionunda yenidənqurma işlərini davam etdirir 20 Sentyabr 2019, 17:16