Modern.az

Səfir: “Azərbaycandan Pakistana investorları cəlb etmək istəyirik”  

 Səfir: “Azərbaycandan Pakistana investorları cəlb etmək istəyirik”   

5 Sentyabr 2019, 14:38

“Hayber-Pahtunhva (Khyber Pakhtunkhw) vilayəti böyük neft yataqları, qaz və s. ilə çox zəngindir, Azərbaycandan Pakistana investorları cəlb etmək istəyirik”. 

 

Modern.az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand Sərhəd Ticarət və Sənaye Palatasının (Sarhad Chamber of Commerce and Industry –SCCİ) “Biznes fəaliyyətinin ən yaxşıları” mükafatlandırma mərasiminə həsr olunan mətbuat konfransında deyib. 

 

Səfir bildirib ki, bununla bağlı Azərbaycana 150-dən çox pakistanlı biznesmen və dövlət nümayəndələri gəlib.

 

"Pakistanlı biznesmenlər Azərbaycanla iqtisadi əlaqələrin möhkəmləndirilməsində maraqlıdır və bunun üçün də is adamları Bakıda bir sıra səmərəli görüşlər keçirməyi planlaşdırır. Bu, SCCİ-nin sayca ikinci tədbiridir, ilk tədbir 2018-ci ildə 120 biznesmenin iştirakı ilə İstanbulda keçirilib. S.X.Mohmand deyib ki, hər iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədə olmasına baxmayaraq, bu, iqtisadi əlaqələrdə elə də nəzərə çarpmır. Bildirib ki, əvvəllər iqtisadi əlaqələr 8 milyon ABŞ dolları olsa da, bu rəqəm artaraq 32 milyona çatıb". 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır