Modern.az

Rəsmi Bakı Ermənistan KİV-nin yaydığı xəbəri TƏKZİB ETDİ

Rəsmi Bakı Ermənistan KİV-nin yaydığı xəbəri TƏKZİB ETDİ

Qarabağ

5 Sentyabr 2019, 14:41

Bir neçə gün əvvəl erməni mətbuatında Qarabağ separatçılarının Almaniyanın Brandenburq federal torpağında keçirilən seçkilərə da müşahidəçi qismində qatılması haqqında xəbər yayıldı.

 

Məlumata görə, millətçi “Almaniya üçün Alternativ” partiyasının dəvəti ilə seçkiləri müşahidə edənlər arasında qondarma “Azad Vətən partiyası”nın üzvləri Qaqik Petrosyan və Vaqram Poqosyan da olub.

Azərbaycan Xarici İşlər Nazirliyindən Modern.az-a verilən açıqlamaya görə, sözügedən xəbərlər həqiqəti əks etdirmir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva saytımıza açıqlamasında bildirib ki, Almaniya Federativ Respublikasında seçki müşahidəçiliyi bir qayda olaraq, ATƏT vasitəsilə həyata keçirilir:

 

“Bu, respublika səviyyəsində keçirilən seçkilərə aiddir. “Lantak seçkiləri”nə, yəni ərazi səviyyəsində keçirilən seçkilərə gəlincə isə, bu seçkilərdə müşahidəçilik missiyası mövcud deyil.

Ermənistan mətbuatında dərc olunan iddialara gəlincə, yayılan fotolardakı deputat Almaniyanın ifrat sağçı  Almaniya üçün Alternativ Partiyasının üzvü Ştefen Kutredir. O Azərbaycanın işğal olunmuş ərazilərinə icazəsiz səfər etdiyi üçün adı hazırda ölkəmizin işğal olunmuş bölgələrə qanunsuz səfər edən xaricilər siyahısındadır. Həmin fotoda əks olunan digər iki nəfər isə Kutrenin şəxsi münasibətlər qismində ərazi əhəmiyyətli seçkilərə dəvət etdiyi şəxslərdir. Erməni mətbuatı onları “müşahidəçilər” kimi qələmə verməyə çalışır. Amma bu məlumatın heç bir əsası yoxdur, həqiqəti əks etdirmir. Sadəcə olaraq, ermənilərin növbəti təxribat xarakterli yalan informasiyalardır”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır