Arxiv
6 Sentyabr 2019, 14:27 | DÜNYA
Müəllimlikdən diktatorluğa gedən yol… - “Afrikalı Hitler”in qalmaqallı HƏYATI

Bu gün Zimbabvenin eks-prezidenti Robert Muqabenin ölüm xəbəri yayıldı. Robert Mugabe Sinqapurda 95 yaşında dünyasını dəyişib. 
Eks-prezident iqtidarının ilk illərində müstəmləkə rejiminə qarşı mübarizəsi ilə yadda qalsa da, sonrakı illərdə hakimiyyəti tədricən əlində cəmləyərək, ziddiyyətli qərarları ilə ölkəni iqtisadi böhran vəziyyətinə gətirmişdi.

Modern.az özünü “dövrünün Hitleri” adlandıran afrikalı diktatorun qalmaqallı həyat yoluna nəzər salır.

 

Robert Muqabe 1924-cü il fevralın 21-də Böyük Britaniyanın müstəmləkəsi sayılan Cənubi Rodeziyada (indiki Zimbabve) anadan olub. 1942-ci ildə afrikalı uşaqlara dərs demək üçün ibtidai müəllimlik diplomu alır. Bununla kifayətlənməyərək,1953-cü ildə Cənubi Afrika Universitetində pedoqoqika üzrə bakalavr diplomuna sahiblənir. 1958-ci ildə isə London Universitetində iqtisadiyyat üzrə təhsilini bitirərək Afrikaya dönür.

 

1960-cı illərin sonlarından müəllimlik edən Muqabe siyasətə qurşanır. O, Qərb ölkələrinin müstəmləkə siyasətinə qarşı çıxır və panafrikan mövqedən (qaradərililərə ağdərililərlə eyni hüquqların verilməsi, irqçiliyə son qoyulması) çıxış edir. Amma o zamankı Cənubi Rodeziyanın ağdərili siyasi hakimiyyəti 1964-cü ildə Muqabeni siyasi fəallığına görə həbs edir. 10 illik həbsdən azad olunduqdan sonra o, Mozambikə köçür. Burada silahlı dəstə yaradan Robert Muqabe, 1980-ci ildə ağdərili azlığın Cənubi Rodeziyada hakimiyyətdən getməsində yaxından iştirak edir.


O, adını Zimbabveyə dəyişən ölkənin baş naziri seçilir, prezident səlahiyyətlərini isə müttəfiqi Kanaan Banana icra etməyə başlayır. Hakimiyyətdəki ikitirəlik 1987-ci ildə Banananın homoseksuallıqda ittiham olunaraq qovulması ilə nəticələnir.

 

Eks-prezident bu ittihamları rədd edərək, cinayət işinin siyasi motivli olduğunu söyləyir. Amma bütün səylərinə baxmayaraq, Muqabe rəqibini 10 illik həbsə göndərir. Beləliklə, Robert Muqabe Zimbabvenin həm prezidenti, həm də baş naziri olur.

 

1987-ci ilin noyabrında Konstitusiyaya edilən xüsusi dəyişikliklə, baş nazir postu ləğv olunur və Muqabe prezident qismində bütün hakimiyyəti əlində toplayır.

 

Muqabe hakimiyyətinin sakitilk dövrü 2000-ci ildə sona çatır. Belə ki, 2000-ci ildə mayında o, əkinə yayarlı torpaqların 50%-ni əlində saxlayan, ölkəni ərzaqla təmin edən ağdərili fermerlərə qarşı kampaniyaya başlayır. Onların əlindəki torpaqlar müstəmləkə dövrününü mirası kimi alınmağa başlayır. Bu zaman baş verən toqquşmalarda 60-a qədər fermer öldürülür. Ölkədə 835 min iş yeri bağlanır. Ərzaq  bahalaşır. Əgər 2001-ci ildə ölkədə emal sənayesi Ümumi Daxili Məhsulun 10,1%-ni təşkil edərək 7,4 milyard dollar idisə, 2005-ci ildə 3,4 milyard dollara qədər azalır.

 

2002-ci ildə Ümumdünya Valyuta Fondu Zimbabveyə maliyyə yardmını tamam dondurdu, Avropa Birliyi isə sanksiyalar tətbiq etməyə başladı. Nəticədə Zimbabveyə xarici investisiya qoyuluşu azaldı. İqtisadiyyatı hərbi qaydalarla və qiymətləri dondurmaqla requlasiya etmək istəyi də alınmadı. 2008-ci ildə ölkə iqtisadiyyatını hiperinflyasiya bürüdü. Ölkə iqtisadiyyatında inflyasiya 100,58 min faizə, 2009-cu ildə isə 321 milyon faizə çatdı.

 

Hətta Zimbabve Mərkəzi Bankı 100 trilyon Zimbabve dolları dəyərində əskinas da dövriyyəyə buraxdı. 2005-ci ildə isə Zimbabvedə "gecəqondu"ların sökulməsinə başlanıldı. Özünü “müasir dövrün Hitleri” deyə adlandıran Muqabe 700 min sakini müxalif qüvvələrə dəstək göstərdiyi üçün evsiz-eşiksiz qoydu.

Onun hakimiyyəti yalnız 2017-ci il noyabrın 19-da hərbçilərin dövlət çevrilişi etməsi ilə yekunlaşdı.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tramp Lavrovla görüşdü 11 Dekabr 2019, 00:56 Dadaşlinski Elxan Məmmədovu sorğuladı - VİDEO 11 Dekabr 2019, 00:34 Bakıda 44 yaşlı kişi döyüldü 11 Dekabr 2019, 00:16 Daha 2 komanda Çempionlar Liqasının 1/8 finalında 10 Dekabr 2019, 23:58 “EuroHome”un yaxınlığında dəhşətli qəza: 2 tələbə öldü - VİDEO, +18 10 Dekabr 2019, 23:45 Müsavat növbədənkənar seçkiyə bu namizədlərlə gedir: eks-deputatlar, professorlar, hüquqşünaslar, jurnalistlər, politoloqlar... 10 Dekabr 2019, 23:34 Yaponiyada 5,7 bal gücündə zəlzələ oldu 10 Dekabr 2019, 23:10 “Olduqca vacib vəsaitdir” - Ekspert AzEdu.az-ın “Kurikulum bələdçisi”ndən yazdı 10 Dekabr 2019, 22:47 Nobel mükafatlarının təqdimatı oldu 10 Dekabr 2019, 22:24 “EuroHome”un qarşısında bədbəxt hadisə: 2 ölü 10 Dekabr 2019, 22:07 Azərbaycan neftinin qiyməti dəyişdi 10 Dekabr 2019, 21:52 Sabiq müdafiə naziri güllələndi 10 Dekabr 2019, 21:37 ABŞ-dan daha bir ölkəyə qarşı sanksiyalar 10 Dekabr 2019, 21:22 Britaniya səfiri Şəkidə 10 Dekabr 2019, 21:08 Gələn ildən “WhatsApp” bu telefonlarda işləməyəcək 10 Dekabr 2019, 20:53 Qətərdə keçirilən simpoziumda Ermənistanın işğalçılıq siyasəti tənqid edildi 10 Dekabr 2019, 20:51 Pompeo ilə Lavrov arasında görüş keçirilir 10 Dekabr 2019, 20:41 Jurnalistlər Milli Qəhrəmanın adı üstündə mübahisə etdilər: “Hətta dostumdan ayrılsa idim…” 10 Dekabr 2019, 20:33 Şirvanda yeni doğulan körpə öldü 10 Dekabr 2019, 20:16 Putin qardaşının ölümündən danışdı 10 Dekabr 2019, 20:02 Messi “İnter”lə matçda oynamayacaq 10 Dekabr 2019, 19:44 Gəncədə qadın əməliyyat zamanı öldü 10 Dekabr 2019, 19:28 Yol polisinin saxladığı şəxs özünü bıçaqladı 10 Dekabr 2019, 19:11 Gömrük Akademiyasında seminar keçirilib 10 Dekabr 2019, 18:58 Goranboyda nazir müavininin iştirakı ilə müşavirə keçirildi 10 Dekabr 2019, 18:41 Başqasının yerinə imtahan verənlər cinayət məsuliyyətinə cəlb olunacaq - QƏRAR 10 Dekabr 2019, 18:27 MTRŞ qalmaqallı tezliklə bağlı açıqlama YAYDI - “Guya Çingiz Mustafayevə aid olan...” 10 Dekabr 2019, 18:10 Putin: “Ukraynada ikinci Serebrenitsa qətliamı ola bilər” 10 Dekabr 2019, 18:08 Rövşən Rzayev vətəndaşları qəbul edib 10 Dekabr 2019, 18:04 Bu həkimlərin maaşı 50 faiz artdı - SƏRƏNCAM 10 Dekabr 2019, 17:44 Elmar Məmmədyarov Latviyaya gedəcək 10 Dekabr 2019, 17:37 Erkin Qədirli: “Deputat seçilsəm, 4 halda mandatdan imtina edəcəm” 10 Dekabr 2019, 17:26 “102 FM tezliyinin Çingiz Mustafayevin adına heç bir aidiyyəti yoxdur” - Mirşahin 10 Dekabr 2019, 17:21 Azercell ilə dahi Nəsiminin irsindən zövq alın - VİDEO 10 Dekabr 2019, 17:10 “Azəriqaz”ın rəhbəri müşavirə keçirdi 10 Dekabr 2019, 17:04