Modern.az

Prezident Milli Elmlər Akademiyasının şəhərciyindəki parkın əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olub

Prezident  Milli Elmlər Akademiyasının  şəhərciyindəki parkın əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olub

9 Sentyabr 2009, 17:04

Bu gün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Milli Elmlər Akademiyasının Akademiya şəhərciyindəki parkın əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. Dövləti başçısına bildirilib ki, 2 hektara yaxın ərazisi olan parkda yenidənqurma işləri milli memarlıq üslubu ilə beynəlxalq təcrübə əsasında aparılıb.Bu əraziyə xaricdən gətirilmiş 950 kvadratmetrdən çox qranit və ağ mərmər döşənib, 870 kvadratmetr sahədə yaşıllaşdırma işləri görülüb. Hollandiyadan gətirilmiş 10 mindən çox dekorativ güldən müxtəlif kompozisiyalar yaradılıb.
İstirahət ocağının mərkəzində diametri 24 metr olan fəvvarə parka xüsusi yaraşıq verir. Fəvvarənin avtomatik qaydada işləyən su nasosu İtaliya və Almaniya istehsalıdır. Parkın yenidən qurulmuş suvarma sistemi də avtomatik qaydada işləyir. Yaşıllıqların suvarılması və fəvvarə üçün su 55 metr dərinliyə qazılmış quyudan təmin olunur.
Yenidənqurma işlərini Prezident İlham Əliyevin tapşırığı və tövsiyəsi əsasında Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirib. Öıkə başçısı parkla tanışlıqdan sonra əlavə tapşırıq və tövsiyələrini verib

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir