Modern.az

Ruhani  Makronla nüvə proqramı ilə bağlı sazişi müzakirə etdi

Ruhani  Makronla nüvə proqramı ilə bağlı sazişi müzakirə etdi

11 Sentyabr 2019, 22:33

Bu gün İran və Fransa prezidentləri Həsən Ruhani və Emmanuel Makron Tehranın nüvə sazişi öhdəliklərinin azaldılmasının üçüncü mərhələsindən sonra ilk telefon danışığını keçiriblər.

Modern.az-ın "Trend"ə  istinadən məlumatına görə, bu barədə İran prezidentinin saytında yayıldığı məlumatda bildirilir.

Ruhani Makrona nüvə sazişinin icrası ilə bağlı Avropa ilə yekun razılaşmaların əldə edildiyi halda İranın nüvə proqramı ilə bağlı sazişin müddəalarının icrasına qayıtmağa hazır olduğunu bəyan edib.

Öz növbəsində Fransa prezidenti Parisin işlərini bu istiqamətdə davam etdirdiyini deyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir