Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 26 – 27 dekabr 2009 – cu il tarixdə Quba şəhərində özünün növbəti XI Qurultayını keçirməyi planlaşdırır. Bu barədə Modern.az-a şuranın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir Quba Mədəniyyət Evinin akt zalında keçiriləcək.
ARGTMŞ – a üzv olan bütün təşkilatların iştirakı ilə keçiriləcək Qurultayda şuranın illik fəaliyyəti haqqında geniş hesabat veriləcək, sədr, sədr müavinləri, büro və Nəzarət – Təftiş Komissiyası üzvlyünə seçkilər həyata keçiriləcək.
Konfransda ARGTMŞ – a üzv olan təşkilatlardan başqa, il ərzində onunla birgə əməkdaşlıq etmiş, qurumun fəaliyyətində yaxından iştirak etmiş yerli və xarici qeyri – hökumət təşkilatları, o cümlədən hökumət qurumları, KİV nümayəndələri də iştirak edəcək.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 31 noyabr 1995- ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis edilmiş, 31 yanvar 1996 -cı ildə isə dövlət qeydiyyatına alınmışdır. Hal-hazırda öz ətrafında 66 uşaq və gənclər təşkilatlarını birləşdirir. Milli Şuranın sədri deputat Fuad Muradovdur.