Modern.az

“Azad Azərbaycan İnternational” telekanalının rəsmi açılışı oldu

“Azad Azərbaycan İnternational” telekanalının rəsmi açılışı oldu

24 Dekabr 2009, 17:43

Bu gün  “Azad Azərbaycan İnternational” (ATV İnternational) televiziya kanalının rəsmi açılış mərasimi keçirilib. Modern.az xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Milli Teleradio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli də iştirak edib. Tədbirdə çıxış edən Əli Həsənov və MTRŞ sədri Nuşirəvan Məhərrəmli “ATV İnternational” kanalının fəaliyyətə başlamasını əhəmiyyətli hadisə kimi qiymətləndiriblər, Azərbaycan haqqında obyektiv və hərtərəfli informasiyanın dünyaya çatdırılmasında bu kanalın müstəsna rol oynayacağını deyiblər.. Qeyd edək ki, regionda ilk beynəlxalq televiziya kanalı olan “ATV İnternational” tamaşaçılara 5 dildə - azərbaycan, rus, ingilis, fars və erməni dillərində gündə 2 dəfə xəbərlər buraxılışı təqdim edir.   Bundan əlavə, Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti və memarlığına dair sənədli filmlər, respublikanın korifey sənətkarlarının konsert yazıları, müsiqi nömrələri də telekanalın efirində yer alıb. Gündə bir neçə dəfə Azərbaycan barədə, onun mədəniyyət və incəsənətini təbliğ edən orijinal video-çarxlar nümayiş etdirilir. Bununla yanaşı, “ATV İnternational”ın efirində Azərbaycan, eləcə də xaricdə istehsal olunan bədii filmlərin nümayişinə də yer ayrılır. Xarici filmlər lisenziyalı, yüksək keyfiyyətdə və ingilis dilində  nümayiş olunur. “ATV İnternational” telekanalının efirini daha da zənginləşdirmək üçün şirkətin öz istehsalı olan yeni proqram və filmlərin hazırlanmasına dair planların qısa müddən ərzində gerçəkləşdirilməsinə başlanacaq. “ATV İnternational” telekanalı Türksat peyki vasitəsilə 3a 11576 s/r 2590/horizontal ünvanda yayımlanır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir