Modern.az

Əsgərimizin meyiti neytral ərazidən çıxarıldı

Əsgərimizin meyiti neytral ərazidən çıxarıldı

Qarabağ

24 Sentyabr 2019, 09:56

Sentyabrın 22-də yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulan Azərbaycan Ordusunun əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlunun meyiti təmas xəttindən çıxarılıb.

Bu barədə Modern.az-a Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq, düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.


Əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunmuşdu.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!