Modern.az

Rauf Qurbanov: “Qarabağdakı separatçı rejim Beynəlxalq Kommunist İttifaqına üzv olmaq istəyirdi” - MÜSAHİBƏ

Rauf Qurbanov: “Qarabağdakı separatçı rejim Beynəlxalq Kommunist İttifaqına üzv olmaq istəyirdi” - MÜSAHİBƏ

26 Sentyabr 2019, 09:43

Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov Modern.az-ın əməkdaşı ilə ilə söhbətləşib.

 

- Azərbaycan Kommunist Partiayası olaraq dünyadakı kommunist partiyaları ilə əlqələriniz necədir?

 

- Azərbaycan Kommunist Partiyası 1994-cü ildən Beynəlxalq Kommunist Təşkilatının daimi üzvüdür. Qurum keçmişdə Sovet İttifaqının tərkibində olan respublikalara aid olan Kommunist partiyalarını özündə birləşdirir. Bununla yanaşı, Azərbayacan Kommusist Partiyası dünyanın bir çox yerlərində olan Kommunist partiyaları ilə əlaqələri davam etdirir. Bu nöqtei-nəzərdən də biz onların tədbirlərində imkanlarımız daxilində iştirak edirik. Nümayəndələrimiz dünyada kommunizmlə bağlı tədbirlərə qatılmağa çalışır və Azərbaycanı təmsil edir.

Bizim Türkiyədəki Kommunist partiyaları ilə sıx münasibətlərimiz var. Sentyabrın 10-də Türkiyə Kommunist Partiyasının 99 illiyi münasibəti ilə tədbir keçirilirdi, bizə də dəvət gəlmişdi. Müəyyən səbəblərdən iştirak edə bilmədik, buna baxmayaraq, konfransa Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri kimi təbrik məktubu göndərdim.

Azərbaycan Kommunist Partiyası beynəlxalq fəaliyyətlə yanaşı, həm də partiyadaxili işləri yüksək səviyyədə davam etdirir. Ayda bir dəfə partiyanın Mərkəzi Katibliyinin iclası  keçirilir, ildə iki dəfədən az olmayaraq Mərkəzi Komitənin pleniumları keçirilir. Azərbyacan Kommunist Partiyası Beynəlxalq Kommunist Təşkilatının rəyasət heyətinin nümayəndəsidir. Mən partiyanın sədri olaraq Beynəlxalq Kommunist Təşkilatının rəyasət heyətinin üzvüyəm, ildə 4 dəfə keçirilən iclaslarda iştirak edirəm. Partiyamızın məndən başqa iki nümayəndəsi də həmin iclaslarda Azərbaycanı təmsil edir.

 

- Bir neçə ölkədə kommunistlər hakimiyyətdədir. Onlarla əlaqələriniz hansı səviyyədədir?

- Azərbaycan Kommunist Partiyasının  daha ciddi əlaqələri olan Kommunist partiyaları hakimiyyətdə olanlardı. Çin Xalq Respublikası, Vyetnam Xalq Respublikası, Koreya Xalq Demokratik Respublikası, Venesuela, Kuba və digər ölkələrin Kommunist partiyaları ilə sıx əlaqərimiz var. Bu əlaqələrin içərində ən sıx əməkdaşlıq etdiyimiz Rusiya Kommunist Partiyasıdır. Rusiyada həmin partiyanı parlamentdə təmsil edən deputatlar bizim dəvətimizlə dəfələrlə Azərbaycanda olublar. Rusiya Kommunist Partiyasının öndə gedən şəxsləri ölkəmizə  səfər edirlər. Biz dünyanın bir çox yerlərində imkanımız daxilində iştirak etdiyimiz kimi, onları keçirdiyimiz tədbirlərə dəvət edirik.

 

- Azərbaycan Kommusnist Partiyası necə yaşayır? Maliyyə mənbəyi haradandı?

 

- Mən bayaq da vurğuladım ki, biz tədbirlərə imkanlarımız daxilində gedə bilirik. Məsələn, sonuncu Türkiyə konfransına da bu səbəbdən qatıla bilmədik. Ümumiyyətlə, dünyanın bir çox yerlərində keçirilən tədbirlərə dəvət alsaq da, maliyyə sıxıntılarına görə iştirak etməmişik. AKP çox az partiyalardandır ki, öz imkanları hesabına, üzvlərin ianələri hesabına fəaliyyət göstərir. Bir heç bir yerdən maliyyə dəstəyi almırıq. Bizim maddi-texniki bazamızın zəif olması partiyanın beynəlxalq tədbirlərdə, o cümlədən respublika daxilində tədbirlərdə iştirakına maneə törədir.

 

- Qarşıdan bələdiyyə seçkiləri gəlir, iştirak etməyi planlaşdırırsınız?

 

- Biz ölkədə gedən bütün siyasi proseslərdə aktiv iştirak edirik. İstər parlament seçkiləri olsun, istər Prezident seçkiləri, istərsə də bələdiyyə seçkilərində aktiv təmsil olunuruq. Nümayəndələrimiz seçkilərdə öz namizədliyini irəli sürürərək, azad, bərabərhüquqlu mübarizə aparırlar. Amma görünən udur ki, uğursuz olmuşuq. Bunu böyük fəlakətə çevirməmişik. Uğurluğun nədən qaynaqlandığını öyrənmək üçün müzakirələr aparmışıq, gələcəkdə onların aradan götürülməsi üçün tədbirlər görməyə çalışmışıq. Qarşıdan bələdiyyə seçiləri gəlir, bununla bağlı biz geniş iclas keçirib, rayon təşkilatlarının rəhbərlərini də dəvət etmişdik. Bələdiyyə seçkiləri ilə bağlı geniş müzakirələr aparıldı. Azərbaycan Kommunist Partiyası olaraq hər zaman olduğu kimi, yenə bələdiyyə seçkilərində aktiv iştirak edəcəyik. Namizədlərimizi irəli sürəcəyik. Mərkəzi Komitənin icazəsi olmadan heç kim fərdi olaraq öz namizədliyini irəli sürməyəcək. Əgər kimsə özünü kommunist adlandırıb seçkilərdə özbaşına  iştirak edərsə, biz bununla bağlı tədbir görəcəyik.

 

- Azərbaycan Kommunist Partiyasının nə qədər üzvü var?

 

- Son siyahıyaalmaya görə partiyamızın respublikada yaşayan 15 mindən artıq üzvü var. AKP-nin müəyyən çətinliklə bağlı respublikadan kənarda yaşayan üzvləri də var, onlar partiya ilə əlaqələrini indiyəqədər də davam etdirirlər. Bütün bunlarla birlikdə partiyamızın üzvlərinin sayı 60 minə çatır. Partiyamızın respublikanın 46 şəhər və rayonlarında təşkilatları fəaliyyət göstərir.

 

- Partiya sıralarına qatılmaq üçün hansısa tələblər var?

 

- AKP-nin nizamnaməsinə görə, hər bir Azərbaycan vətəndaşı üzv olmaq üçün müraciət edə bilər. Həmin müraciət müzakirə edilir və qərar qəbul olunur. Bir adam bir neçə partiyanın üzvü olursa, onu Azərbayacan Kommunist Partiyasına qəbul etmirik. Qəbul edilənlərin fəaliyyətinə 6 müddətində nəzarət edilir. Bundan əlavə, keçmiş Sovet İttifaqı Kommunist Partiyasının nümayəndələri də partiyamıza qəbul üçün müraciət edə bilər. Keçmiş kommunistlər qəbul edilərkən onların partiya stajı da bərpa olunur.

 

- Üzvlük üçün nə qədər ödəniş tələb olunur?

 

- Kommunist Partiyasının elektoratının əsas hissəsi iş adamlarıdır. İnsanlar öz istəklərinə görə partiya büdcəsinə ödəniş edə bilərlər. Hansısa sərt tələb yoxdur, 20 qəpik ödəyən də var, 1 manat ödəyən dı, 100 manat və daha çox da ödəyən də. Bu, simvolik bir ödəmədir, sadəcə olaraq bu məbləğləri ödəməklə partiyaya bağlılıqlarını göstərirlər.

 

- Ermənistan Kommunist Partiyası ilə əlaəqləriniz varmı?

 

- Ermənistan Kommunist Partiyası ilə bizim elə də sıx əlaqələrimiz yoxdur. Keçmiş Sovet respublikalarının Kommunist partiyaları Beynəlxalaq Kommunist Partiyaları Birliyində birləşirlər. Biz hamımız o təşkilatın üzvüyük. Ermənistan da həmin qurumun üzvüdür. İldə 4 dəfədən az olmayaraq həmin qurumun iclasına toplaşırıq. 3-4 ildən bir qurultay keçirilir. Həmin qurumun rəhbəri Rusiya Federasiyası Kommunist Partiyasının rəhbəri Gennadi Züqanovdur. Mən də həmin qurumda icrayə komitəsinin  Mərkəzi Şurasının üzvüyəm. Gəncə Şəhər təşkilatının rəhbəri siyasi büronun üzvüdür, Ələddin Bağırov təftiş komitəsinin üzvüdür. Bizim bu görüşlər çərçivəsində Ermənistan kommunistləri ilə əlaqələrimiz olub. Ancaq etiraf edək ki, Qarabağ məsələsilə bağlı hər hansı müzakirə aparmırıq. Həmin tədbirlərdə hər bir ölkənin nümayəndələri gördükləri iş barədə məlumat verir. Orada gündəlikdə olan məsələ müzakirə olunur, Qarabağ məsələsi yox. Təbii ki, bəzi yerlərdə Ermənistanın işğalçılıq siyasətindən, Azərbaycan-Ermənistan münasibətlərindən, ədavətin aradan qaldırılmasından danışır, prezidentlərin apardığı işlər barədə müzakirələr edirik. Amma bu danışıqlar rəsmi olmayıb. Konkret olaraq Azərbaycan və Ermənistan kommunistləri Dağlıq Qarabağ münaqişəsini müzakirə etmirlər.

 

Amma əsas məsələ odur ki, Qondarma “Dağlıq Qarabağ Respublikası” da Beynəlxaq Kommunist İttifaqına üzv olmaq üçün dəfələrlə müraciət edib. Bizim cəhdlərimiz və Züqanovun Azərbaycana olan münasibətinə görə “Dağlıq Qarabağ”ın təşkilata üzv olmasının qarşısı alınıb. Mən bildirmişəm ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, əgər ittifaqda təmsil olunmaq istəyirsə, Azərbaycan nümayəndə heyətinin tərkibində olmalıdırlar. Xatırladım ki, təşkilatın tərkibində 15 ölkə və 3 qondarma respublika - Cənubi Osetiya, Dnestryanı və Abxaziya təmsil olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır