Modern.az

Şəhid pilotun 40 mərasimi keçirildi - FOTOLAR

Şəhid pilotun 40 mərasimi keçirildi - FOTOLAR

28 Sentyabr 2019, 13:34

Bu gün Hərbi Hava Qüvvələrinin “MİQ-29 “təyyarəsinin qəzaya uğrması nəticəsində həlak olan pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin 40 mərasimidir.

 

Modern.az xəbər verir ki, mərhum pilotun ailəsi hüzr mərasimindən əvvəl onun  II Fəxri Xiyabanda yerləşən məzarını ziyarət edib.

 

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi iyulun 24-də gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayaraq, Xəzər dənizinə düşüb. Bir neçə günlük axtarışlardan sonra öncə təyyarənin qalıqları və “qara qutu”su tapılıb. Avqustun 20 -si pilot Rəşad Atakişiyevin nəşi sudan çıxarılaraq, ailəsinə təhvil verilib. Avqustun 21-i  isə II Fəxri Xiyabanda torpağa tapşırılıb.

 Rəşad Atakişiyev ailəli olub, 2 oğul övladı var.

40 mərasimindən Axar.az-ın çəkdiyi fotoları təqdim edirik.

 

Jalə Mehdi

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir