Modern.az

Bal yarmarkasında saxta bal aşkarlandı

Bal yarmarkasında saxta bal aşkarlandı

28 Sentyabr 2019, 15:44

Bu gün Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasının açılış mərasimi baş tutub. 

 

Arıçılar Assosiasiyasının mətbuat xidmətinin rəhbəri Elvin Bayramlı Modern.az  saytına yarmarkada hər arıçının 400 kiloqrama qədər bal sata biləcəyini deyib.

 

“ Yarmarkaya  təxminən 30 dan çox rayon üzrə 320 nəfər arıçı qatılıb. Ancaq bu rəqəm dəyişə də bilər. Hər arıçıya 400 kq arıçılıq  məhsulunu satmasına icazə verilib. Yarmarkaya 100 tondan çox təmiz bal təhvil verilib. 1 balın kq-ı alıcılara standart qiymət olaraq 20-30 manatdan təqdim edilir. Elə bal növü olur ki, qiyməti 30 manatdan da çox ola bilər. Qiyməti arıçılar özləri dəyişə bilər ”.

 

Elvin Bayramlı yarmarkada saxta balın aşkarlandığını lakin həmin məhsulların yarmarkaya buraxılmayaraq, “Meyvəli bazar”dakı anbarda saxlanıldığını deyib.

“Ümumi balın 10 faizdən çoxu  saxta çıxıb. Balın keyfiyyət göstəriciləri və qida təhlükəsizliyi standartlarına uyğun olmadıqda, məhsullar satışa buraxılmayacaq və yarmarkanın sonuna qədər “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında saxlanılacaq”.

 

Qeyd edək ki, ölkədə bal yarmarkası sentyabrın 28 dən , oktyabrın 15-dək davam edəcək.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü