Modern.az

“Elə şey olar?” - Hacı Şahindən cümə namazının vaxtının dəyişdirilməsinə REAKSİYA

“Elə şey olar?” - Hacı Şahindən cümə namazının vaxtının dəyişdirilməsinə REAKSİYA

Aktual

11 Oktyabr 2019, 14:42

Sosial şəbəkələrdə cümə namazının məscidlərdə qılınmasının paytaxt yollarında tıxacın yaranmasına səbəb olduğu barədə rəylər yazılmaqdadır. Hətta bildirilir ki, din xadimi Hacı Şahin Həsənli bununla bağlı polislərlə mübahisə edib. İddia olunur ki, paytaxtın Yasamal rayonunun polis rəisi yollarda tıxacın yaranmaması üçün Hacı Şahinə cümə namazının bazar gününə keçirilməsini təklif edib.

Məsələni aydınlaşdırmaq üçün Modern.az-ın əməkdaşı Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli ilə əlaqə saxlayıb.

İlahiyyatçı bildirib ki, bu məlumatlar həqiqətə uyğun deyil.

“Mənim adımdan yalan məlumat veriblər. Kimsə yəqin zarafat etmək üçün yazıb. Polislə mənim aramda indiyə qədər heç bir mübahisə yaranmayıb. Bizim məscid də Nəsimi rayonunda yerləşir. Cümə namazının vaxtını dəyişib başqa günə salmaq isə heç doğru fikir deyil. Elə şey olar? Belə bir addımın atılması da mümkün deyil. Bu Allahın buyurduğu ən müqəddəs günlərdən və namazlardan hesab olunur”, - deyə Hacı Şahin bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!