Modern.az

Milli Məclis Avropa Parlamentinə müraciət etdi

Milli Məclis Avropa Parlamentinə müraciət etdi

Parlament

25 Dekabr 2009, 18:19

Modern.az xəbər verir ki, Milli Məclisin dekabrın 25-də keçirilən iclasında deputatlar Avropa Parlamentinin 17 dekabr tarixli qərarını pisləyərək ona etiraz ediblər. Bununla bağlı aparılan müzakirələrdə deputatlar bildiriblər ki, həmin qətnamə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Azərbaycana təzyiq etmək niyyətilə qəbul olunub. Ona görə də Milli Məclis dekabrın 25-də Avropa Parlamentinə müraciət qəbul edib.

Sənəddə qeyd edilir ki, Azərbaycanda insan hüquqlarına hörmət edilən demokratik dövlət quruculuğu davam edir:

"Bir çox demokratik inkişaf yolu seçmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da bəzi problemlər olmamış deyil. Təəsüf doğuran odur ki, bütün dünya ictimaiyyəti işğalçının və işğala məruz qalan dövlətin kim olduğunu yaxşı bilir. Buna baxmayaraq, Azərbaycan demokratik inkişaf yolunu seçən bir dövlət kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə həmişə üstünlük verib. Bütün bunları qeyd etməklə, biz Avropa Parlamentinin dekabrın ortalarında Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı tənqidi bəyannamə qəbul etməsinə etirazımızı bildiririk və ümid edirik ki, Azərbaycan Avropa ilə münasibətlərini daha da gücləndirməyə maraqlı olduğu üçün ləcəkdə Azərbaycana münasibətdə bu cür yanlışlığa yol verməyəcək".

Xatırladaq ki, Avropa Parlamenti dekabrın ortalarında Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı tənqidi bəyannamə qəbul edib. Sənəddə mətbuatda azad sözlə bağlı vəziyyətin pisləşməsi narahatçılıqla qeyd olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır