Modern.az

İslahatçı nazirin etdiyi DƏYİŞİKLİKLƏR - VİDEO

İslahatçı nazirin etdiyi DƏYİŞİKLİKLƏR - VİDEO

Aktual

24 Oktyabr 2019, 14:41

Mikayıl Cabbarov Prezident İlham Əliyevin sərəncamı ilə 23 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edildi.

 

Modern.az xəbər verir ki, Mikayıl Cabbarov 5 dekabr 2017-ci ildən vergilər naziri vəzifəsində çalışırdı. 2013-cü ilin 19 aprelindən 2017-ci ilin 5 dekabrına qədər isə Azərbaycan Respublikasının təhsil naziri kimi fəaliyyət göstərib.

 

Təxminən 2 il vergilər naziri olan M.Cabbarovun bu sahədə etdiyi dəyişikliklər:

Vergilər Nazirliyinin fəaliyyətində rəqəmsallaşma və elektron xidmətlərin tətbiqi genişləndirildi

 

Azərbaycan «biznesə başlama» meyarı üzrə dünyada 9-cu, «vergilərin ödənişi» meyarı üzrə isə 28-ci yerdə qərarlaşdı.

 

«Kölgə iqtisadiyyatı»nın miqyası azaldıldı.

 

2018-ci ildə Daxili bazarda qaçaqmalçılıq yolu ilə gətirilən tütün məmulatlarının həcmi 16-18 faizdən 3,5 faizə qədər azaldıldı.

Azərbaycanda biznesə başlama prosesi çox sadələşdi. Artıq yeni biznesə «elektron imza» vasitəsilə bir neçə günə qeydiyyatdan keçmək mümkündür.

Uğurlu islahatları ilə yadda qalan Mikayıl Cabbarov təhsil sahəsində hansı yenilikləri edib?

  1. Müəllimlərin Diaqnostik Qiymətləndirilməsi;
  2. Təhsildə bütün vəzifələrə işə qəbulun, məktəb direktorlarının seçiminin müsabiqə əsasında aparılması;
  3. Olimpiada Hazırlıq Mərkəzlərinin, SABAH qruplarının, Tələbə Kredit Fondunun yaradılması
  4. İlk Peşə-İxtisas Təhsili üzrə Dövlət Agentliyinin yaradılması
  5. Tələbələrin yerdəyişməsi və köçürülməsinin elektron sistem əsasında həyata keçirilməsi;
  6. Birinci sinfə və Məktəbəhazırlıq Qruplarına elektron qəbulun tətbiqi;

 

Əmək fəaliyyətinə 1995-ci ildən bank sektorunda başlayıb.

 

2002-2003  - iqtisadi inkişaf nazirinin müşaviri,

2003-2004 - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti

2004-cü il 20 fevral - İqtisadi inkişaf nazirinin müavini

2009-cu il 6 mart - "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi

2013, 19 aprel / 2017, 5 dekabr - Təhsil naziri

2017, 5 dekabr / 2019, 23 oktyabr - Vergilər naziri

2019- cu il 23 oktyabrdan – İqtisadiyyat naziri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır