Modern.az

Xumar Qədimova Nəsiminin "Neylərəm"nə klip çəkdi – FOTOLAR+VİDEO

Xumar Qədimova Nəsiminin

Aktual

2 Noyabr 2019, 15:50

Noyabrın 1-də "Azərkitab” Kitab Təbliğatı Mərkəzində Əməkdar artist Xumar Qədimovanın Nəsiminin 650 illiyinə həsr olunmuş "Neylərəm" klipinin təqdimatı keçirilib.  

Tədbirdə deputatlar Aqil Abbas, Əflatun Amaşov, Xalq şairləri Ramiz Rövşən, Nəriman Həsənzadə, tanınmış ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər.

 

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının Sədri, millət vəkili Əflatun Amaşov qeyd edib ki, Nəsimi ilinə ən yaxşı töhfə məhz bu layihə olub.

Xalq şairi Ramiz Rövşən, deputat Aqil Abbas da layihə haqda düçüncələrini Modern.az-la bölüşüblər.

 

Sonda jurnlistlərin suallarını cavablayan müğənni belə layihələrin davamlı olacağını söyləyib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır