Arxiv
3 Noyabr 2019, 13:20 | MƏDƏNİYYƏT
2020-ci il kimlərə düşərli olacaq? - Bürclərə görə ULDUZ FALI
2020-ci il artıq qapının astanasındadır. Odur ki, hansı heyvanın ilin sahibi olacağını və bu dəyişikliklərin hər birimizə nə vəd edəcəyini öyrənməyin vaxtıdır.

  Şərq təqviminə görə, yeni il Ağ Metal Siçan üzərində təhvil olacaq. Bu heyvan sürətli, cəsarətli, səliqəli və son dərəcə diqqətlidir. Bu keyfiyyətləri Siçan Öküz, Dovşan və Əjdaha ilində anadan olan dostlarına hədiyyə edəcək. Siçan ili onlar üçün xoşbəxtliklərlə yadda qalacaq. Bu dövr Ağ Siçan ilə səmimi münasibətdə olan İt, Donuz və Meymun ilindən olanlar üçün olduqca yaxşı keçəcək. Ancaq At və Xoruz ilindən olanlar ev sahibinin onlar üçün yaratdığı hər cür problemdən ciddi şəkildə qorxmalıdır.

  Eyni zamanda Şərq təqviminə görə yeni dövr başlayır, yəni bu il yeni kəşflər və gözəl başlanğıclar üçün əlverişlidir. Odur ki, kainatın hər kəsə göndərdiyi şanslardan faydalanmaq lazımdır.

  Siçan

  Gələn il Siçan ilində dünyaya gələnlərə kifayət qədər məsuliyyətli olmağı tövsiyə edir. Bu, onların ilidir, odur ki, mümkün dəyişikliklərə, hətta həyatın zərbələrinə də hazır olmaq lazımdır. Bu mərhələnin necə yekunlaşması və uğur Siçan ilində dünyaya gələnlərin dözüm və mətanətindən asılı olacaq. Onların yaşadıqları yeri dəyişəcəkləri gözlənilir, eyni zamanda yeni işə başlayacaq və bütün iradəni toplamağa məcbur edəcək çağırış alacaqlar. Alternativ olaraq, özlərində dünyagörüşlərini dəyişdirməyə məcbur edəcək yeni istedad kəşf edə bilərlər. Hər halda, ünsiyyət bacarıqlarını inkişaf etdirmək və istedadınızı göstərməklə yeni inkişaf səviyyəsinə çata biləcəyinizi unutmayın.  

Öküz

  Öküz ili üçün qızıl dövr başlayacaq, yəni bu insanların tamamilə hər şeyi asanlıqa əldə edəcəyi zaman hesab olunur. Öküzlərin özləri üçün ortaya qoyduğu hər hansı bir məqsəd gözlənilmədən gerçəkləşməyə başlayacaq və praktik olaraq heç bir səy göstərmədən həyata keçəcək. Bu ildə anadan olan şəxslər şanslı olduqlarını nə qədər tez başa düşsələr, 2020-ci ili yüksək notlarla bitirmək şansları daha yüksəkdir. Bu Zodiak işarəsinin nümayəndələri riskdən qaçırlar, amma gələn il sərgüzəştlərə getməli və şübhəli əməkdaşlıqlara razılıq verməlisiniz. Şansınız sayəsində, şübhəsiz ki, uğur tərəfinizdə olacaq. Ən əsası icazə verməyin ki, bu müvəffəqiyyət sizi arxayınlaşdırsın.

  Pələng

  Pələnglər üçün gələn il nisbi sakit və rutin şəkildə keçəcək. Yeri gəlmişkən, bu, böyük bir xəbərdir, çünki ötən illər bu şəxsiyyətlərin həyatına bir çox sarsıntı gətirmişdi. Narahat olmayın, bundan sonra sülh və əmin-amanlıq sizinlə olacaq. Yay tətilini xaricdə keçirməyə çalışın. Səyahətdə Pələnglər sadəcə mənəvi və fiziki istirahət etməklə qalmayacaq, gələcəkdə xoş duyğular vəd edən yeni tanışlıqlar qura bilmək imkanlarları olacaq. Xatırlamaq vacibdir ki, gələn il qarşıdurmalar üçün uyğun deyil. Əks təqdirdə, Pələnglərin həyatında qara zolaq başlaya bilər.

  Dovşan

  Ağ Siçan ili dovşan ilində anadan olan insanlara olduqca uğurlu il vəd edir. Bu şəxslər inkişaf yolu ilə gəlirlərini artırmaq imkanlarına malik olacaq. Həm də baharda gözlənilməz fürsətlərlə qarşılaşacaqlar. Bəlkə də miras və ya lotereya uduşu ola bilər, əgər heç vaxt lotereya bileti almamısınızsa, bunu 2020-ci ilə qədər edin! Bundan əlavə, münasibətlərinizi aydınlaşdırmaq və irəliyə doğru addım atmaq üçün bu dövr idealdır. Bura evlilik də daxildir.  

Əjdaha

  2020-ci il Əjdaha ilində doğulanlar üçün böyümə və inkişaf ili kimi yadda qalacaq. İlin əvvəlində potensialınız yüksək qiymətləndirilə bilər, yəni yüksək posta təklif almağa hazır olun. Yeri gəlmişkən, şəxsi həyatda sıçrayış ola bilər. Əjdaha öz yarı ilə qarşılaşa və bunun sayəsində keçmişi ilə əlaqəli olan pis vərdişlərindən imtina edib başqa bir insana çevrilə bilər. Bu cür dəyişikliklər xüsusilə ilin ikinci yarısında gözlənilir. Eyni zamanda, başqaları 2020-ci ildə bu işarənin nümayəndəsinə müəyyən ümidlər bəsləyəcək. Əjdahanın belə bir məsuliyyətin öhdəsindən gələ bilib-bilməməsi isə onun zəhmətindən və münasibətlərindən asılı olacaq.

  İlan

  İlan ilində doğulanlar üçün 2020-ci il əsl güc sınağı olacaq. Artıq ilin ilk aylarından bu insanların ciddi problemləri ola bilər ki, bu da onları həyat tərzlərini dəyişdirməyə və əvvəllər işinə yarayan bir çox faydalardan imtina etməyə məcbur edə bilər. Təslim olmayın, bu dövrdə iradə və sədaqət göstərmək hər zamankından daha vacibdir. Bundan əlavə, Zodiak işarəsinin müdrikliyi kimin əsl dost olduğunu, kiminsə şəxsi mənfəətlərini güddüyünü müəyyən etməyə imkan verəcək. Əgər hər şeyi düzgün etsəniz, ilin sonunda normal vəziyyətə qayıda biləcəksiniz və həyatınız əvvəlkindən daha yaxşı olacaq.

  At

  Bu il At ilində anadan olanlar üçün kritik olmayacaq, ancaq bu insanlar daha çox özünə güvənməli və məsuliyyətdən qorxmamalıdır. Gələcək dövr həyatı “sıfırdan” başlamaq üçün mükəmməldir. Məsələn, evlilik və ya iş həyatı məmnuniyyət gətirmirsə boşanmağa və ya iş yerini dəyişdirməyə dəyər. Bundan əlavə, 2020-ci ildə At ilinin nümayəndələri təhsil almaq və ya ixtisas artırmaq barədə düşünməlidir. Üfüqlərinizi genişləndirməyə və daha peşəkar olmağa imkan verən hər hansı bir təşəbbüs At ilində doğulmuş insanlara uğur gətirəcək. Toplanmış bilik və təcrübə gələcəkdə sizin üçün çox faydalı olacaq.

  Keçi   2020-ci ilin əvvəlində Keçi ili nüfuzunu qorumağa davam edəcək və öz statuslarını təsdiqləyəcək. Yəqin ki, bunun üçün çox çalışmalı olacaqsınız. Səthi qərarlar verməkdən çəkinin. Özünüzü ələ alın və həyatın bütün sahələrində ən yaxşı olmağa çalışın. Artıq ilin ikinci yarısında qələbələrinizin yekununda doyunca istirahət edə bilərsiniz. Ümumiyyətlə, ilin sonunda Keçi ilindən olanlar yaxşı istirahət etməli və arzularına diqqət yetirməlidir. Bu dövr ən çılğın planların həyata keçirilməsi üçün əlverişlidir. Başqalarının dediklərindən asılı olmayaraq ürəyinizin istədiyi hər şeyi edin!

  Meymun

  Şən və ünsiyyətcil Meymunlar xırda məsələləri böyütməsə və bədgümanlığı özündən uzaqlaşdırsa, 2020-ci ili eyni ritmdə yaşamağa davam edəcək. Parlaq ideyaları Meymun ilindən olanları daha da irəli aparacaq. Onları başqalarına səsləndirməkdən və tətbiq etməkdən qorxmayın. Ağ Siçan bu dövrün hamısı kimi bütün səylərinizdə sizə kömək edəcək. Meymunlar üçün gələn il əsas problem səhhətləri ilə bağlı olacaq. Yazın və payızın əvvəllərində bu insanlar onurğa və oynaqların vəziyyətini müayinə etdirməlidir. Yəqin ki, yeganə narahatlıq bunlarla bağlı olacaq.

  Xoruz

  Ağ Siçan ili Xoruzun əsas rəqibi sayılır, odur ki, il ərzində onları müxtəlif sınaqlardan keçməyə məcbur edəcək, hər fürsətdə işlərinə pəl vurmağa çalışacaq. Bu baxımdan yazda sevdiyiniz insanla aranızda yarana biləcək fikir müxtəlifliyinə hazır olun. Xoruz sakit və təmkinli olmasa, boşanma ilə üzləşməsi ehtimalı yüksəkdir. Biznes sahəsində problemlər yarana bilər. Yəqin ki, Xoruzun ciddi rəqibləri olacaq və üstünlüyünü sübut etmək üçün çox səy göstərməli olacaq. Ümumiyyətlə, 2020-ci il bu işarənin şəxsləri üçün sınaq dövrü kimi qiymətləndirilir. Lakin bu dövrü layiqli şəkildə başa vuranlar daha da güclənəcəklər.

  İt

  2020-ci ildə İt ilindən olan şəxslər yeni dostlar tapmağa və dostluq əlaqələrini möhkəmləndirməyə diqqət etməlidir. Dostların dəstəyi olmadan, lazımı bağlantılar olmadan, irəliləmək və həyat sevincini hiss etmək olduqca çətin olacaq. Odur ki, yeni ilin ilk aylarından etibarən aktiv həyat tərzi keçirməyə çalışın, ətrafınızdakı insanlarla tez-tez ünsiyyət qurun və bəyəndiyiniz səmimi insanlarla tanış olmaqdan utanmayın. Həm də ilin son ayları İt ilində anadan olanlar üçün həyatın hər sahəsi inanılmaz dərəcədə uğurlu olacaq. Tələsməyin və şansınıza inanın! Həyat bu cəsarətinizi mütləq mükafatlandıracaq və sizə bir çox sahədə qələbə qazandıracaq!

  Donuz

  Donuz ilində anadan olanlar üçün bu dövr istirahət və ən böyük arzuları həyata keçirməyə imkan yaradacaq. Ötən illərdə xeyli zəhmət çəkən Donuz ilinin nümayəndələri 2020-ci ildə çox səy göstərmədən irəliləyə və yaxınlarına daha çox vaxt ayıra biləcəklər. Yeri gəlmişkən, bu ilin nümayəndələri sevgilisi ilə münasibətləri yeni səviyyəyə çatdırmaq və ya ailə üzvlərinin sayını artırmaq üçün hər şansa sahibdirlər. İl müsbət dəyişikliklər üçün uyğundur, məsələn, ev tikmək və ya daha firavan ölkəyə köçmək. (Publika.az)
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiyalı deputat bu hərəkətinə görə ermənilər tərəfindən hədələnir - FOTO 13 Noyabr 2019, 13:00 Rafael Cəbrayılov rəsmən məhkəmə qarşısına çıxır 13 Noyabr 2019, 12:59 Deputat elektromobilləri bütün rüsumlardan azad etməyə ÇAĞIRDI 13 Noyabr 2019, 12:56 Sosial şəbəkələrdə narkotik satan dəstənin üzvü tutulub 13 Noyabr 2019, 12:51 ATƏT Tərtərdə monitorinq keçirdi 13 Noyabr 2019, 12:49 “Real”dan “PSJ”-yə Mbappe üçün fantastik transfer TƏKLİFİ 13 Noyabr 2019, 12:44 Oqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİ 13 Noyabr 2019, 12:36 Deputat maliyyə amnistisiyası TƏKLİF ETDİ 13 Noyabr 2019, 12:30 "Sənədsiz məktəbli qalmasın” aksiyasına yenidən start verilib - FOTO 13 Noyabr 2019, 12:22 Yanvardan pensiyalar bu qədər ARTACAQ 13 Noyabr 2019, 12:15 Marketlərdən seyf oğurlayan şəxslər tutuldu 13 Noyabr 2019, 12:07 Milli Məclisdə büdcə müzakirələri DAVAM EDİR 13 Noyabr 2019, 12:04 Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ-a səfərə gedib - VİDEO 13 Noyabr 2019, 12:00 Elinanın anası apelyasiya şikayəti verdi 13 Noyabr 2019, 11:52 Fuad Muradov Avstriyada yaşayan azərbaycanlılarla görüşüb - FOTO 13 Noyabr 2019, 11:45 “O, deputat nədir, adamlığa layiq deyil” - Rəqibindən Araz Əlizadəyə SƏRT MESAJ 13 Noyabr 2019, 11:45 Bakıda yolu bağlayıb “qoçuluq” edənlər tutuldu - VİDEO 13 Noyabr 2019, 11:40 İnam Kərimov iki rəhbər şəxsi işdən uzaqlaşdırdı 13 Noyabr 2019, 11:34 Nazirlik nostrifikasiya ilə bağlı sənəd qəbulunu dayandırdı 13 Noyabr 2019, 11:33 Yeni Təhsil naziri təyin olunub - Gürcüstanda 13 Noyabr 2019, 11:27 Nazirlik Bakı Beynəlxalq Avtovağzal Kompleksində yoxlamaya BAŞLADI 13 Noyabr 2019, 11:24 Bakıda 570 güzəştli mənzildən neçəsi rəsmiləşdirilib? - AÇIQLAMA 13 Noyabr 2019, 11:20 Ermənilər Kəlbəcər qızılını Rusiyaya satır – Hər il 80 milyon dollar qazanırlar 13 Noyabr 2019, 11:15 İcra başçısı vətəndaşların problemilə yerində tanış olub   13 Noyabr 2019, 11:13 Niyə öskürürük?   13 Noyabr 2019, 11:03 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə olan müraciətlər nə barədədir?... 13 Noyabr 2019, 11:03 Elşad Həsənov kollektivə təqdim olundu 13 Noyabr 2019, 10:54 Tramp Ərdoğana 100 milyard dollarlıq təklif etdi 13 Noyabr 2019, 10:53 Qan yaddaşımızın “Söz Aynası 13 Noyabr 2019, 10:51 Eldar Əzizov Sabunçuda: “Prezident qarşımıza tapşırıq qoyub” 13 Noyabr 2019, 10:45 Növbəti “Məktəb seminarları” Xəzər və Pirallahda 13 Noyabr 2019, 10:42 Mirqafar Seyidova ağır itki üz verib  13 Noyabr 2019, 10:38 Müsavat başqanının müavininə 15 sutka həbs verildi 13 Noyabr 2019, 10:32 Məktəblər arasında respublika çempionatı davam edir 13 Noyabr 2019, 10:25 İcbari tibbi sığorta: kimlər, nə qədər ödəməlidir? 13 Noyabr 2019, 10:17