Modern.az

Həyatları söndürən “səssiz qatil” – bu xəstəlikdən necə qorunaq?

Həyatları söndürən “səssiz qatil” – bu xəstəlikdən necə qorunaq?

Aktual

19 Noyabr 2019, 11:47

Hər birimiz hepatit xəstəliyi haqqında eşitmişik, ancaq bu xəstəliyin fəsadları haqqında yetəri qədər məlumatlı deyilik. Ümumiyyətlə bu xəstəliyə necə yoluxmaq olar? İnsanlar özlərini nələrdən qorumalıdır ki, hepatit daşıyıcısı olmasın?

 

Qastroenteroloq-hepatoloq Dr. Fərrux Nağıyev Modern.az-a hepatit xəstəliyi ilə bağlı ətraflı məlumat verib. Onun sözlərinə görə, hepatit xəstəliyi son dövrlərin ən çox yayılan xəstəliklərindən hesab olunur:

 

“Ümumiyyətlə insanlar bu xəstəliyin yoluxma yollarını dəqiq bilməlidirlər. Necə yoluxurlar, hardan yoluxurlar, əgər məlumatlı olsalar müəyyən qədər qarşısını ala bilərlər. Bu xəstəliyin yoluxma yolları əsasən bunlardır: Hepatitə əsasən qan vasitəsilə yoluxurlar. İnsanlarla təmasda olan əşyalar, əsasən də gözəllik salonlarında manikür və pedikür, kişilər isə bərbərxanalarda istifadə olunan əşyalar vasitəsilə yoluxa bilərlər. Eyni zamanda, tibbi prosedurlardan, stomotoloq alətlərindən, anadan uşağa, yəni hamilə bir qadından övladına sarkaz yolu ilə keçə bilər. Cinsi əlaqə ilə də ehtimal var, ancaq bu çox aşağı göstərici hesab olunur. Hətta tatu elətdirənlər də bu virusa yoluxa bilərlər. Çünki, o alətin kimin bədəninə dəydiyi bilinmir. Bəzən elə olur ki, hepatit daşıyıcısı olan xəstə tatu elətdirmək istəyir. Və bu işin mütəxxəsisi də bilmədən, heç bir sanitar qaydalara riayət etmədən başqa insanlara da bu ələt vasitəsilə  xidmət göstərir. Hepatit daşıyıcısı olan şəxs xəstə olduğunu söyləmir. Nəticədə isə sağlam bir insana da bu virus keçir və daşıyıcıya çevrilir. Söyləmək istəyirəm ki, bu xəstəlik ağrı vermir. Yəni heç kim bilə bilməz ki, o bu virusa yoluxub. Hər kəs  ildə ən azı  bir dəfə profilaktik müayinəyə getməlidir ki, sağlam olub-olmadığını  müəyyənləşdirə bilsin. Çünki hepatit virusu əsasən özünü qaraciyərdə göstərir. Bu orqan da səssiz orqan olduğundan heç nə hiss etdirmir. Hətta buna el arasında “səssiz qatil” də deyirlər. Yəni sakit bir şəkildə öz işini görərək həyatı söndürə bilir. Düzdür, ilkin nəticədə bu virusa yoluxan şəxsdə 4 həfdədən sonra rəngində sarılıq, sağ qabırğanın altında ağrılar, sidiyin rəngində qızartılarla müşahidə olunur. Bu başlanğıc hesab edilir. Ancaq sonradan xroniki formaya keçəndə artıq bu virusu dəf etmək bir az vaxt almış olur”.

 

Hepatoloq hepatitin növlərini də qeyd edib.

 

“Ümumi nəzər saldıqda hepatitin 8 növü var. Ancaq  bizə əsasən B, C, D hepatitləri daha çox maraqlıdır. Çünki bu növlərin virus yükü yüksək olur və nəticədə xəstənin qaraciyərini siradan çıxarmağa müvəffəq olur. A, E hepatitləri xroniki formaya keçmir və bu növünə yoluxan xəstə nisbətən tez sağalır. Ancaq insanlar elə düşünürlər ki, hepatitə yoluxdunsa, artıq həyat da sönmüş olur. Əsla elə deyil, xəstəlik vaxtında aşkar olunduqda, qarşısını almaq da çox rahat olur. Əks halda xəstə gecikərsə, uzun müddət müalicə almaq məcburiyyətində qalır. Bildirim ki, hepatit xəstələri uzun bir prosedurdan keçməli olurlar. Sağalmağın yolu da, vaxtında və dəqiq müalicəni etdirməkdir. Hepatit xəstəliyini ən azı 3 ay, ən geci isə 6 və bir ilə müalicə etməklə tamamilə aradan qaldırmaq mümkündür. Bunun üçün də virusun yükü ölçülür və ona uyğun da müalicə tətbiq edilir”, - deyə Fərrux Nağıyev bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir